BDU da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ali təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tədris və tədqiqat proseslərinə effektiv inteqrasiyasını təşviq etmək məqsədilə növbəti təlim keçirilib.
BDU-dan AZƏRTAC-a verilən məlumata görə, universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilən təlimdə iştirakçılara Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 DİM-in ali təhsildə rolu, bu məqsədlərin tədris və elmi-tədqiqat fəaliyyətlərinə inteqrasiyası, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl metodologiyalar haqqında ətraflı məlumat təqdim olunub.
Təlimin interaktiv formatı iştirakçılar arasında aktiv müzakirələrə imkan yaradıb. Müzakirələr zamanı BDU-nun strateji inkişaf istiqamətlərinin DİM-lərlə uzlaşdırılması, ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr geniş şəkildə nəzərdən keçirilib.
Bu təşəbbüs BDU-nun ali təhsildə qlobal çağırışlara cavab verən, dayanıqlı və məsuliyyətli yanaşmanı dəstəkləyən institusional fəaliyyətinin mühüm bir hissəsi olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















