Icma.az
close
up
RU
BDU da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Zeynəb Əbdülzadə məruzə edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Gənc tədqiqatçı Şuşanın tarixi, mədəni irsi və Türk dünyası üçün strateji və simvolik əhəmiyyəti barədə məlumatları diqqətə çatdırıb. Məruzədə Şuşa şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, maddi mədəniyyət nümunələri haqqında çap olunmuş elmi, publisistik və ədəbi nəşrlər geniş şəkildə qeyd edilib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən ötən beş il ərzində ölkənin aparıcı nəşriyyatları tərəfindən Şuşa haqqında çap edilən kitablar, toplular, statistik nəşrlər, soraq-məlumat ədəbiyyatı araşdırmada geniş analiz edilib, bir sıra müqayisəli təhlillər aparılıb.

Tədqiqatda, həmçinin Şuşa haqqında çap olunmuş əsərlərin xarici dillərə tərcümə prosesi araşdırılıb. Bu mövzudakı tərcümə kitablarının Azərbaycanın mədəni irsinin, tarixi həqiqətlərimizin və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beynəlxalq səviyyədə təbliğindəki mühüm rolu vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see290

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see209

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see186

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see144

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see144

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see141

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see138

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see138

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see135

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see135

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see133

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see132

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see131

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see129

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see129

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see129

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see126

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see125

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri