Icma.az
close
up
RU
BDU da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”

BDU da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Sara Rəhimzadənin KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibi olan “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsi üzrə elmi seminarı keçirilib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən XQ-ə verilən məlumata görə,  universitetin Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, professor Mais Süleymanov bildirib ki, ağıllı suvarma texnologiyasından istifadə bütün dünya, xüsusilə Azərbaycan üçün çox aktualdır. Hazırda dünyanı gözləyən quraqlıq problemi keçən il Bakıda keçirilmiş COP29 tədbirində də ciddi müzakirə olunub. Azərbaycan bu baxımdan risk qrupuna daxil olan ölkələr sırasındadır. Ona görə də belə layihələr dəstəklənməlidir.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev layihənin əhəmiyyətindən danışıb, eyni zamanda gənclərin belə innovativ layihələr üzərində işləməyinin faydalı olduğunu, problemlərin həlli istiqamətində geniş imkanlar aça biləcəyini vurğulayıb.

Sonra layihənin icrası ilə bağlı videoçarx nümayiş etdirilib.

Layihə rəhbəri Sara Rəhimzadə qeyd edib ki,  “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin əsasında kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması, onun praktiki fəaliyyətinin araşdırılması planlaşdırılıb. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək və kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə əkin sahələri, tarla və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən torpaq nəmliyi, temperatur, torpaqdakı duzluluq səviyyəsi kimi göstəricilərin canlı izlənməsi mümkündür. “SmAgTech” vasitəsilə bitkilərin avtomatik gübrələnməsi də həyata keçirilə bilər. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri