BDU tələbələri “mygov” platformasının imkanları ilə tanış olublar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) tələbələr üçün “mygov” rəqəmsal hökumət platformasının fəaliyyətinə dair infosessiya keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “mygov” platformasının başlıca məqsədi dövlət xidmətlərini vahid rəqəmsal platformada birləşdirərək vətəndaşların xidmətlərə sadə, rahat və operativ çıxışını təmin etmək, müxtəlif qurumlara və xidmət kanallarına ayrıca müraciət ehtiyacını azaltmaqdır. Bu yanaşma dövlət xidmətlərinin rəqəmsal və proaktiv formada təqdim edilməsinə, fiziki müraciətlərin, sənəd dövriyyəsinin və kağız istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır.
İnfosessiyada İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Müştəri loyallığı və təcrübəsi şöbəsinin müdiri Əfruz Allahverənova və “mygov” layihəsinin aparıcı məhsul sahibi Yusif Səmədov çıxış ediblər. Onlar tələbələrə platformanın imkanları, rəqəmsal dövlət xidmətlərindən istifadə qaydaları və təhsil sənədlərinə elektron formada çıxış barədə məlumat veriblər.
İnfosessiyanın sonunda tələbələr “mygov” nümayəndələrinə suallarını ünvanlayıb və platforma ilə bağlı təkliflərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Noyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















