Icma.az
close
up
RU
BDU da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetində (BDU) “Elsevier” şirkətinin təşkilatçılığı ilə keçirilən silsilə təlimlər çərçivəsində ikinci sessiya baş tutub.

XQ xəbər verir ki, “Elsevier”in meneceri Saide Sak tərəfindən aparılan təlimdə əsas diqqət elmi jurnalların düzgün seçimi və tədqiqat fəaliyyətinin performans analizinə yönəlib. Tədbirdə Universitetin professor-müəllim heyəti, tədqiqatçılar və doktorantlar iştirak edərək, nəşr strategiyalarının təkmilləşdirilməsi və qlobal elmi təsirin daha dərindən anlaşılması istiqamətində biliklər əldə ediblər.
Sessiya zamanı elmi məqalələrin daha geniş təsir qazanması üçün uyğun jurnal seçiminin əhəmiyyəti vurğulanıb. İştirakçılara jurnalın əhatə dairəsi, indeksləşməsi, təsir göstəriciləri, hədəf auditoriyası və nəşr etikası kimi əsas meyarlar ətraflı izah olunub. Eyni zamanda, “yırtıcı” (predatory) jurnallardan yayınma yolları və məqalələrin uyğun nəşr platformalarına yönləndirilməsi ilə bağlı praktik tövsiyələr təqdim edilib.
Təlimin mühüm hissəsi “Elsevier”in aparıcı elmi analitika alətləri olan “Scopus” və “SciVal” platformalarının imkanlarına həsr olunub. Qeyd edilib ki, “Scopus” çoxşaxəli elmi sahələri əhatə edən geniş xülasə və sitat bazası kimi tədqiqatçılara uyğun jurnalların tapılması, sitatların izlənməsi, h-indeks və digər göstəricilərin monitorinqi, eləcə də qlobal elmi yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. Platforma həmçinin jurnal seçimi prosesində mənbə səviyyəli göstəricilər və indeksləşmə məlumatları təqdim edərək əsaslı qərarların qəbulunu dəstəkləyir.
“SciVal” platforması isə “Scopus” məlumatları əsasında tədqiqat fəaliyyətinin dərin analizi üçün nəzərdə tutulmuş qabaqcıl analitik alət kimi təqdim edilib. Bildirilib ki, bu platforma vasitəsilə tədqiqatçılar və elmi müəssisələr öz nəşr göstəricilərini təhlil edə, digər tədqiqatçılarla müqayisə apara, əməkdaşlıq imkanlarını müəyyənləşdirə və yeni elmi trendləri araşdıra bilirlər. “SciVal” təsir, məhsuldarlıq və qlobal mövqelənmə üzrə vizuallaşdırılmış məlumatlar təqdim edərək strateji qərarların qəbuluna da dəstək verir.
Sessiya zamanı vurğulanıb ki, düzgün jurnal seçimi strategiyalarının məlumat əsaslı analitik yanaşmalarla birləşdirilməsi tədqiqat nəticələrinin keyfiyyətini və təsir gücünü əhəmiyyətli dərəcədə artırır. İştirakçılar öz elmi fəaliyyətlərini beynəlxalq standartlarla müqayisə etməyi, yüksək təsirli əməkdaşlıq şəbəkələrini müəyyənləşdirməyi və tədqiqat istiqamətlərini qlobal prioritetlərlə uyğunlaşdırmağı öyrəniblər.
Təlim interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Bu hissədə iştirakçılar nəşr prosesində qarşılaşdıqları çətinlikləri müzakirə edib və “Elsevier” mütəxəssisi ilə birlikdə praktik həll yollarını nəzərdən keçiriblər.
Təlim növbəti günlərdə də öz işini davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri