Icma.az
close
up
RU
Azərbaycanlı alim Stanford Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Azərbaycanlı alim Stanford Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 17 oktyabr, AZƏRTAC

Stanford Universiteti və “Elsevier” nəşriyyatı tərəfindən hazırlanan dünyanın ən nüfuzlu alimlərinin 2026-cı il üzrə yenilənmiş siyahısında azərbaycanlı alim, professor Abdulla Avey (Sofiyev) yüksək göstəricisi ilə diqqət çəkir. Belə ki, Stanford Universitetinin alimləri tərəfindən “Elsevier”in Scopus məlumatları əsasında hazırlanan və alimlərin elmi təsirini istinad göstəricilərinə görə qiymətləndirən beynəlxalq məlumat bazasının (Updated Science-Wide Author Databases of Standardized Citation Indicators) 9-cu versiyasına 243 min 960 alim daxil edilib. Bu da dünyanın ən nüfuzlu alimlərinin ilk 2 faizini əhatə edir.

AZƏRTAC xəbər verir ki, siyahıda müxtəlif ölkələrdə çalışan Azərbaycan əsilli alimlər də təmsil olunurlar. Onların arasında ən yüksək göstərici isə professor Abdulla Aveyə məxsusdur. Hazırda Türkiyənin İstanbul Ticarət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirən professor nəzəri və tətbiqi mexanika, riyazi modelləşdirmə, kompozit və nanokompozit materiallar, funksional qradiyentli konstruksiyalar, lövhə və qabıqların dayanıqlığı, sərbəst və qeyri-xətti rəqslər sahəsində tədqiqatları ilə tanınır.

Alimin elmi əsərləri nüfuzlu beynəlxalq jurnallarda dərc olunub və müxtəlif ölkələrin tədqiqatçıları tərəfindən istinad edilib. Professor Sofiyev Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Odlar Yurdu Universiteti ilə elmi əməkdaşlığını davam etdirir. Onun beynəlxalq tədqiqat layihələrində iştirakı və xarici alimlərlə birgə nəşrləri Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına da töhfə verir.

Qeyd edək ki, Stanford–Elsevier məlumat bazasında alimlərin elmi fəaliyyəti istinadların sayı, h-indeksi, həmmüəlliflik göstəriciləri və digər bibliometrik meyarlar əsasında qiymətləndirilir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri