Icma.az
close
up
RU
BDU da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

BDU da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov abidələrin qorunmasının, gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, abidələrin təkcə tarixin yadigarları deyil, maddi-mədəniyyət nümunələri, xalqımızın bu regionda mövcudluğunun daş pasportları olduğunu söyləyib.

Sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Milli tariximizin öyrənilməsində abidələrin və tarixi yerlərin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi tarixi abidələrin xalqın qədim tarixinin, identikliyinin göstəricisi olduğunu, onların içərisində arxeoloji abidələrin xüsusi yer tutduğunu qeyd edib. Diqqətə çatdırıb ki, konfransa AMEA Arxeologiya və Antropologiya İnstitutu, BDU-nun Qazax filialı, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Lənkəran Dövlət Universiteti, “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşlarından çoxsaylı tezislər daxil olub, onlardan 41-i konfransın təşkilat komitəsi tərəfindən qəbul edilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev milli-mədəni irsimizin, tarixi kökümüzün araşdırılması və təbliğində gənclərin rolunu vurğulayıb, dünya muzeylərində olan, eləcə də erməni vandalizminə məruz qalmış maddi mədəniyyət nümunələrinə sahib çıxa bilmək üçün elmi tədqiqatların aparılmasının vacibliyini bildiriblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Turan Eldarov “Qobustan abidələrinin tədqiqatları: tarixi, müasirlik və perspektivlər”, BDU-nun magistrantı Aynur Ağayeva “II Kültəpə yaşayış yeri: Azərbaycanın erkən şəhərlərində gündəlik həyat” mövzularında məruzə ediblər.

Konfrans işini 6 bölmədə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri