Icma.az
close
up
RU
BDU da tədbir: İsrailin mədəni irsi

BDU da tədbir: İsrailin mədəni irsi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrası və fakültə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “İsrailin mədəni irsi” mövzusunda elmi-praktik tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə regionşünaslıq (İsrail üzrə) ixtisası üzrə I kurs tələbələri tərəfindən İsrailin tarixi-mədəni mənzərəsini əks etdirən təqdimatlar edilib. Təqdimatlarda İsrail dövlətinin rəmzləri, yəhudi etnik və dini qrupları, yəhudi dilləri və dialektləri, ailə institutu, toy və ailə mərasimləri, mədəni adət-ənənələr, yəhudi təqvimi və bayramları haqqında ətraflı məlumat təqdim olunub. Tələbələr Roş Haşana (Yeni il), Peşah (Pasxa) və Purim bayramlarına məxsus adətləri əyani şəkildə nümayiş etdirib, iştirakçılarda İsrailin mədəni müxtəlifliyi haqqında vizual təsəvvür yaradıblar.

Tədbir zamanı İsrail mədəniyyətinin qədim sivilizasiya qatlarını və müasir çoxmədəniyyətli cəmiyyət strukturunu sintez edən unikallığı vurğulanıb. Qeyd olunub ki, İsrail ədəbiyyatı, incəsənəti, musiqisi və mətbəxi bu ölkənin etnik və dini müxtəlifliyinin real təzahürüdür və regionşünaslıq ixtisasında təhsil alan tələbələr üçün xüsusi elmi maraq doğurur.

Sonda fakültə dekanı, dosent Aydan Xəndan, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib, belə tədbirlərin tələbələrin elmi biliklərini praktik bacarıqlarla birləşdirməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri