Icma.az
close
up
RU
“Zəfərə gedən yol” BDU da tədbir

“Zəfərə gedən yol” BDU da tədbir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış böyük Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin dekanı dosent Bəxtiyar Paşayev “Zəfərə gedən yol” mövzusunda məruzə edərək, böyük Zəfərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri çoxşaxəli fəaliyyətin mühüm rol oynadığını vurğulayıb. O, Zəfərimizin tarixi, mənəvi, siyasi və iqtisadi əhəmiyyətindən danışıb, həmçinin fakültənin məzunlarından olan Milli qəhrəmanlar Rövşən Hüseynov və Vahid Quliyevin Birinci Qarabağ müharibəsində, şəhidlər Şəhriyar Həbibi və Fikrət Zeynallının isə Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları xatırladıb.

Tədbir çərçivəsində Fizika fakültəsi könüllülərinin Zəfər Günü ilə bağlı hazırladıqları videoçarx nümayiş olunub.

Sonra Yarımkeçiricilər fizikası kafedrasının professoru, YAP Veteranlar Şurasının üzvü, II dərəcəli dövlət müşaviri Adilə Abbasova və Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, Laçın rayonunda doğulmuş Maarif Cəfərov çıxış edərək tarixi Qələbənin əhəmiyyətindən danışıblar.

Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev Zəfərə həsr olunmuş təqdimatla çıxış edib. O, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsinin səs spektrinin hazırlanaraq “Səs imzası” adlı xalça şəklində işlənildiyini qeyd edib.

Tədbirin bədii hissəsində fakültənin I kurs tələbəsi Aysun Hüseynova Zəfərə həsr etdiyi esse ilə çıxış edib, tələbələr Fatimə Cəfərova və Sevgi Şirinova isə Vətən mövzusunda şeirlər səsləndiriblər. Tədbir fakültənin əməkdaşı Sona Güləhmədovanın “Yaşa, Azərbaycan” mahnısı ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri