Icma.az
close
up
RU
BDU da tədbir keçirilib FOTOLAR

BDU da tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin Kimya fakültəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Xilaskarlıq missiyasından müasir dövlət quruculuğuna uzanan şərəfli yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı Fuad Kərimli, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi üzrə partiya fəalları, Kimya fakültəsinin müəllim-professor heyəti və tələbələr iştirak edib.

Bakı Dövlət Universitetinin Kimya fakültəsində baş tutuan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı kimi tarixə qızıl hərflərlə həkk olunmuş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm və sarsılmaz təməl üzərində qurulmuşdur. Müstəqilliyin ilk illərində yaranmış siyasi və iqtisadi böhran məhz onun qətiyyətli liderliyi sayəsində aradan qaldırılmışdır. Dövlət idarəçiliyində peşəkarlıq və milli maraqlara sədaqət prinsipləri əsas istiqamətə çevrilmişdir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının təməli onun həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Neft strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin edən mühüm amil olmuşdur. Hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar sabitliyin əsasını möhkəmləndirmişdir. Bu siyasi kurs bu gün Prezident, partiyamızın Sədri cənabİlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlər qazanaraq ərazi bütövlüyünü tam bərpa etmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yol və Prezident İlham Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın bugünkü qüdrətinin əsasını təşkil edir.

Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Çıxışına davam edən B.Nəbiyev qeyd edib ki, Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də lokal xarakterli antiterror tədbirlərində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi, suverenliyimizin tam bərpası və bundan doğan regionda yaranan reallıqlardır.

Sonda çıxış edən Bakı Dövlət Universiteti Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Tədbirin sonunda yeni üzvlərə Partiya vəsiqələri təqdim edilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see205

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see193

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see192

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see186

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see180

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see179

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see175

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see173

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see171

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see170

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see170

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see167

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see166

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see165

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see163

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see162

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see162

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see161

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see159

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri