Icma.az
close
up
RU
BDU ilə Avstriyanın tədqiqat institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BDU ilə Avstriyanın tədqiqat institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyanada Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla Avstriya arasında akademik və mədəni əlaqələrin inkişafı, elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri, eləcə də mədəni irsin təbliği istiqamətində birgə təşəbbüslər barədə müzakirə aparıblar.

Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb, universitetin dünyanın aparıcı elm və təhsil müəssisələri ilə əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, BDU-nun tələbə və müəllimlərinin beynəlxalq mübadilə proqramlarında iştirakının artırılmasının, habelə universitetin nüfuzlu akademik şəbəkələrə daha sıx inteqrasiyasının əhəmiyyətini vurğulayıb.

Leyla Qasımova Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, eləcə də mədəniyyətimizin Avstriyada tanıdılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, BDU ilə Avstriyanın ali təhsil və tədqiqat institutları arasında akademik və mədəni əməkdaşlıq təşəbbüslərinə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Sonda tərəflər gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirərək, bu sahədə yeni layihələrin həyata keçirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri