Icma.az
close
up
RU
BDU ilə Qırğızıstan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə Qırğızıstan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova Qırğız Respublikasının Bişkek şəhərində ezamiyyətdə olub. Səfər çərçivəsində Qırğızıstanın bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rəhbərliyi ilə görüşlər keçirilib, universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi ali təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, rəqəmsallaşma və avtomatlaşdırma sahəsində təcrübə mübadiləsi, beynəlxalq reytinqlərdə iştirakla bağlı fikir mübadiləsi, ikili diplom proqramları və tələbə-müəllim mübadiləsi imkanlarının araşdırılmasıdır.

Görüşlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Yuliya Sivaldayeva da iştirak edib. Səfər zamanı Qırğızıstanın Beynəlxalq İnnovasiya Texnologiyaları Universiteti, İ.Arabaev adına Qırğız Dövlət Universiteti, K.Skryabin adına Qırğız Milli Aqrar Universiteti, İ.K.Axunbaev adına Qırğız Dövlət Tibb Akademiyası, Qırğız-Türk “Manas” Universiteti, J.Balasagin adına Qırğız Milli Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti və K.Karasaev adına Bişkek Dövlət Universitetində rəsmi görüşlər keçirilib.

Tərəflər rəqəmsal transformasiya təcrübələri, ortaq elmi-tədqiqat layihələrinin təşkili, birgə tədris proqramları, yay məktəbləri, ikili diplom proqramları, elmin müxtəlif sahələri üzrə birgə tədqiqat və nəşr imkanları, eləcə də beynəlxalq və milli reytinq meyarları sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Ezamiyyət nəticəsində əldə olunan ilkin razılaşmalar BDU ilə Qırğızıstan universitetləri arasında gələcək əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı elmi-akademik mühitin inkişafı üçün möhkəm zəmin yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri