Icma.az
close
up
RU
BDU ilə Bartın Universiteti arasında ikili diplom proqramlarına dair fikir mübadiləsi aparılıb

BDU ilə Bartın Universiteti arasında ikili diplom proqramlarına dair fikir mübadiləsi aparılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı Türkiyə Cümhuriyyətinin Bartın Universitetində olub. Fakültə dekanı səfər çərçivəsində Bartın Universitetinin rektoru professor Ahmet Akkaya ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektora ölkəmizdəki təhsil mühiti, BDU-nun tarixi və bu günü, eyni zamanda, fakültə barədə məlumat verilib. Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümü ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyi, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyi diqqətə çatdırılıb.

Rektor Ahmet Akkaya BDU ilə əməkdaşlığı yüksək qiymətləndirib. Bartın Universitetinin Ədəbiyyat fakültəsinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri dosent Ahmet Altayın da iştirak etdiyi görüşdə fakültələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən akademik mübadilə proqramlarının əhatə dairəsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elmi araşdırmaların aparılması, ikili diplom proqramlarının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin 2026-cı ilin mart ayında Bartın Universitetinin ev sahibliyi ilə birgə beynəlxalq tələbə elmi konfransının təşkil edilməsi təklifi irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri