BDU ilə Çinin Anhui Universiteti daha bir istiqamətdə ikili diplom proqramı imzalayacaq
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Moderator.az xəbər verir ki, görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Vüsal Məmmədov, Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı, Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsinin dekan müavini Yu Xin-Yao və həmin fakültənin xarici əlaqələr üzrə katibi Deng Min iştirak ediblər.
Görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















