525ci qəzet BDU ilə Qırğız İqtisad Universiteti arasında ikili diplom proqramları müzakirə olunub
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğız İqtisad Universitetində olub.
Bu barədə 525.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Əsas diqqət birgə elmi tədqiqatların həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələlərinə yönəldilib.
BDU nümayəndələri görüşdə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, keyfiyyət təminatı və rəqəmsallaşma sahəsindəki yenilikləri barədə təqdimat ediblər. Təqdimatda BDU-nun beynəlmiləlləşmə strategiyası və qlobal rəqabət qabiliyyətini artırmaq sahəsindəki nailiyyətləri xüsusi vurğulanıb.
Qırğız İqtisad Universitetinin nümayəndələri təklif olunan əməkdaşlıq istiqamətlərini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın akademik və elmi sahələrdə yeni imkanlar yaradacağını deyiblər. Tərəflər gələcəkdə birgə layihələrin genişləndirilməsi və davamlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində səylərini davam etdirmək niyyətlərini bildiriblər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















