BDU ilə DTX nin Hərbi tibb baş idarəsi arasında memorandum imzalandı FOTOLAR
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi (HTBİ) arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Globalinfo.az bildirir ki, HTBİ-nin inzibati binasında təşkil olunmuş tədbirdə BDU-nun rektoru Elçin Babayev, HTBİ-nin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev, elmi ictimaiyyətin nümayəndələri, baş idarənin kollektivi və digər qonaqlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edən tibb xidməti general-mayoru Rüfət Əliyev HTBİ-nin fəaliyyət istiqamətləri, burada yaradılmış Genetik araşdırmalar və Elmi təcrübə mərkəzləri barədə geniş məlumat verib, habelə BDU-nun tarix boyu zəngin şərəfli yol keçdiyini, elm və təhsil sahəsinin inkişafında əvəzsiz rol oynadığını vurğulayıb. Universitet yaradılarkən burada ilk fəaliyyətə başlayan azsaylı fakültələrdən birinin Tibb fakültəsi olduğunu qeyd edən Rüfət Əliyev respublikamızda tibbi təhsilin tərəqqisinə BDU-nun mühüm töhfə verdiyini bildirib. Natiq həmçinin anlaşma memorandumunun elmi potensialın artırılmasına, məlumatların mübadiləsinə və birgə layihələrin uğurlu icrasına yeni imkanlar açacağına əmin olduğunu qeyd edib.
BDU-nun rektoru Elçin Babayev Universitetin böyük elmi irsə və çoxillik tarixə malik ali təhsil ocağı kimi elmi tədqiqatlar sahəsində həyata keçirdiyi fəaliyyətdən və bu istiqamətdə uğurla reallaşdırılan layihələrdən ətraflı söhbət açıb. O, son illərdə BDU-da elmi bazanın, eləcə də müvafiq sahələr üzrə savadlı və bilikli gənc nəslin yetişdirilməsi işinin daha da təkmilləşdirildiyini xüsusi diqqətə çatdırıb, imzalanmış anlaşma memorandumunun qarşılıqlı faydalı əməkdaşlığa geniş zəmin yaradacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















