“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı FOTOLAR
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AZXEBER.COM informasiya portalı ilə Qazaxıstanın məşhur "Mongstau” agentliyi arasında memorandum imzalanıb.
AZXEBER.COM xəbər verir ki, "Manqustau” media Aktau şəhərinin ilk rəsmi dövlət media orqanıdır. "Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması zamanı hadisəyə operativ reaksiya verərək əraziyə əməkdaşlarını göndərən ilk media subyekti olub.
Bunun nəticəsi olaraq dünya və Azərbaycan mediası baş vermiş hadisə ilə operativ şəkildə məlumatlandırılıb.
İki ölkənin aparıcı media subyektləri arasında memorandumun imzalanmasında məqsəd Azərbaycanla-Qazaxıstan media əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Qeyd edək ki, əməkdaşlıq memorandumu "AZXEBER” media MMC-nin direktoru Əfsələddin Ağalarov ilə "Manqustau” media holdinqin rəhbəri Gülmirə Abışova arasında imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















