BDU nun 1.4 milyonluq tenderi ləğv edildi
Icma.az bildirir, Pravda.az portalına istinadən.
“Bakı Dövlət Universiteti” publik hüquqi şəxsin Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən ərazidə Qazanxana binasının tikintisi ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 1 438 023 AZN olub.
Cabir Həsənov
