Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İrəvanın “əyri güzgü”sü

İrəvanın “əyri güzgü”sü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan sülh tərəfdarıdır və hərbi güc vasitəsilə hansısa problemi həll etmək niyyətində deyil. Bugünədək sülh müqaviləsi ilə bağlı Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib. Beş ilə yaxındır davam edən danışıqlarda real nəticə əldə etmək mümkün olmayıb. Bunun səbəbi Ermənistan hakimiyyətinin destruktiv mövqedən çıxış etməsidir. Hayastan rəhbərliyi bir tərəfdən beynəlxalq ictimaiyyətə sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən isə şərti sərhəddə təxribatlara əl atır, mövqelərimizi atəşə tutur və silah tədarükünə ara vermir.

Artıq əmin olmuşuq ki, İrəvandakı iqtidarın deyil, ümumiyyətlə, Ermənistan dövlətçiliyinin xisləti bundan ibarətdir. Bu isə onu göstərir ki, haylar hələ də revanşizm xəyalından əl çəkməyiblər və iki ölkənin sərhədində gərginlik yaratmaqda maraqlıdırlar. Azərbaycan tərəfini atəşi pozmaqda ittiham etmələri isə diplomatik həyasızlığın bir nümunəsidir. Rəsmi İrəvan iddia edir ki, Azərbaycan Ordusu tərəfindən atəşin pozulması məqsədli olub və təxribat xarakteri daşıyır. Guya, Bakı bununla Ermənistan silahlı qüvvələrinin bölmələrinin cavab atəşi açmağa sövq etmək və yaydığı dezinformasiyaya “əsaslandırılmış” fakt və sübutlar qazanmaq istəyib.

***

Hayastan parlamentindəki “Mənim şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan yazıb ki, bir aydan artıqdır Azərbaycan Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin sakinlərini sistemli şəkildə terrora məruz qoyur, gecələr müəyyən saatlarda atəş açır, yerli sakinlərə psixoloji təsir edir, maddi ziyan vurur: “Bu yaxınlarda ənənəyə uyğun olaraq, Azərbaycan tərəfi Xanazax, Xoznavar və digər istiqamətlərdə atəşkəs rejimini yenidən pozub. Parlamentdə özünü aslan kimi göstərənlər, bizi Milli Təhlükəsizlik Xidmətinin zirzəmiləri ilə şantaj edənlər, təbii ki, bütün bunları görməzliyə vuracaqlar. Çünki Azərbaycanla münasibətlərdə məzlum, məğlub, alçaldılmış statusa malikdirlər. Və onların “hay-küyü” və təlxəkliyi yalnız daxili auditoriyaya – öz xalqına qarşı yönəlib”.

Abramyanın açıqlaması, əlbəttə ki, reallıqdan uzaqdır. Məqsəd məsuliyyəti başqasının üstünə yıxmaqdır. O demək istəyir ki, sülh danışıqlarında indiki hakimiyyət hayların maraqlarına xəyanət edir. Oxuculara xatırladaq ki, bu şəxs dəfələrlə sülh müqaviləsinə qarşı çıxıb. Bu gün erməni cəmiyyətində onunla eyni fıkirdə olanlar az deyil. O da həqiqətdir ki, Ermənistan ordusunda Nikol Paşinyana tabe olmaq istəməyən yüksək çinli hərbçilər var. Onlar baş naziri Azərbaycanla münasibətlərdə tutduğu “təslimçi” mövqeyinə görə ittiham edirlər. Abramyan kimi Ermənistanın daşnak-şovinist müxalifəti, ehtimal ki, erməni kilsəsi ilə iş birliyindədir. Bu isə Ermənistandakı duruma Paşinyan tərəfindən nəzarətin zəifləməsi təsəvvürünü doğurur.

***

Əslində, atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələridir. Qarşı tərəf mütəmadi olaraq Azərbaycanın yaşayış məntəqələrini, ordumuzun mövqelərini müxtəlif silahlardan atəşə tutmaqda davam edir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən dəfələrlə bildirilib ki, Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfidir. İrəvan bu təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax və digər yaşayış məntəqələrinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir”. Bu, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi İrəvanın yalanlarına verdiyi cavabdır.

Avropa İttifaqının sərhədin o üzündə müşahidə aparan mülki missiyası da hayların Azərbaycan Ordusu tərəfindən atəşə tutulduğu deyilən yaşayış məntəqələrinin birində olublar. Amma onlar həmin ərazidə atəş izlərinə rast gəlməyiblər. Yəni iddiaları təsdiqləyə bilmədikləri üçün erməniləri məyus ediblər. Sonda çıxış yolunu “atəş ehtimalı” ilə ört-basdır etməyə çalışıblar.

Aydındır ki, Azərbaycan ərazilərinin atəşə tutulması məqsədlidir və sülh müqaviləsinin imzalanmasına qarşı yönəlib. Bununla bağlı politoloq Elşən Manafov XQ-yə bildirdi ki, rəsmi İrəvan onu silahlandıran tərəflərin regionda vəziyyəti kəskinləşdirməklə bağlı sifarişlərindən çıxış edərək atəşkəsin pozulmasına gedir və əslində, Azərbaycanı təxribata sövq etməklə atəşkəsin pozulmasına görə məsuliyyəti onun üzərinə yıxmaq istəyir: “Ümumiyyətlə, Ermənistan yalnız atəşkəsi pozmaqla sülhə mane olmur. Bundan başqa, onun konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu problem olaraq qalır. Deməli, İrəvan sülh istəyirsə, bunu əməldə göstərməli, konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmalıdır. Amma Ermənistan bu istiqamətdə konkret addım atmayıb, bu azmış kimi, mövqelərimizi atəşə tutmaqda davam edir. Bu, ermənilərin sülh istəmədikləri deməkdir. Əslində, sülh Azərbaycandan çox Ermənistana lazımdır. Lakin Ermənistanı idarə edən, onu siyasi təsir vasitəsi kimi alətə çevirən mərkəzlər bu ölkənin sərbəst siyasət yürütməsinə imkan vermirlər.

Qərbin müxtəlif strukturları, o cümlədən Brüsseldəki haypərəst siyasilər Ermənistana müxtəlif vədlər verməklə, silahlandırmaqla ümidləndirir, onlarda revanşizm əhval-ruhiyyəsini qızışdırırlar. “Kollektiv Qərb” hələ də Azərbaycanın öz ərazisini işğaldan azad etməsini həzm edə bilmir. Bu səbəbdən hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik tədbirlərə əl atırlar. Guya, fəaliyyətləri Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Bu ölkənin təhlükəsizliyini isə heç kim pozmaq niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyevin “münaqişə bitib, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur”,– fikri onlara aydın olmalıdır.

Ermənistanı silahlandıranların önündə gedən Fransa həm də bu ölkədən İran və Rusiyaya qarşı istifadə etmək istəyr. Paris Çindən Avropaya uzanan yolun üzərində Ermənistandan şlaqbaum kimi istifadə etməyə çalışır. Həmçinin Türk dünyasının əlaqələrini zəiflətmək, bizə yeni problemlər yaratmaq niyyətindədir. Ümumiyyətlə, Paris Ermənistanın qonşuları ilə münasibətlərini nizama salmasını, regiona inteqrasiyasını ləngidir. Digər tərəfdən, Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır”.

Sonda onu da qeyd edək ki, Ermənistanı dəstəkləyən və silahlandıranlar bu ölkəni uğursuzluğun yeni mərhələsinə sürükləyir, regional, transmilli layihələrdə iştirakdan məhrum edirlər.

İrəvan isə hələ də “sınıq güzgü”dəki obrazına baxmaqla özünü aldatmaqla məşğuldur. İqtisadiyyatı bərbad, xarici siyasəti yox vəziyyətində olan, gələcəyi sual doğuran Ermənistana sülh Azərbaycandan daha çox lazımdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri