BDU nun həyətində müxtəlif növlü çiçəklər əkilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə çiçəkəkmə aksiyası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, çiçəkəkmə aksiyasında gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.
Aksiya zamanı universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib, quşlar üçün evciklər düzəldilib, işıq dirəklərinə gül dibçəkləri quraşdırılıb. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Baxış sayı:106
Bu xəbər 25 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















