Icma.az
close
up
RU
BDU Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə kitablar hədiyyə edib

BDU Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə kitablar hədiyyə edib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə kitablar hədiyyə edib.

Bu barədə 525.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin BDU-ya müraciətinə əsasən, Elmi Kitabxananın Mübadilə-ehtiyat fondundan ümumilikdə 336 nüsxə nəşr Qars və İğdır şəhərlərinə çatdırılması üçün komitənin nümayəndəsinə təqdim edilib. Qarşı tərəfin sorğusuna uyğun olaraq hədiyyə edilən kitabların arasında BDU-nun 44 günlük Vətən müharibəsindən bəhs edən nəşrləri, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabı, “Heydər Əliyev - 100” biblioqrafik məlumat kitabı, universitetin 100 illik yubileyi münasibətilə nəşr edilmiş kitablar da yer alıb.

Hədiyyə olunan kitablar Türkiyənin Şərqi Anadolu bölgəsi, xüsusilə Qars və İğdır şəhərlərinin Qərbi Azərbaycanəsilli soydaşlarının milli özünəməxsusluğunu qoruyub saxlaması və inkişaf etdirməsi, eləcə də Azərbaycanda nəşr olunan kitablara əlçatanlığının təmin olunması üçün ciddi əsaslar yaradacaq.

Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən BDU-nun tələbə və müəllimlərinin istifadəsi üçün Elmi Kitabxanaya Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə çap edilmiş “Heydər Əliyevin sevimli musiqi inciləri”, “Azərbaycan musiqisinin inciləri” adlı toplular, “Azərbaycan dili” adlı tədris vəsaiti, ingilis dilində nəşr edilmiş Azərbaycanın tarixi-coğrafi atlası və s. nəşrlər hədiyyə edilib.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri