Şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Kəlbəcər rayon sektorunun 23 saylı tam orta məktəbinin şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 -ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və zəngin dövlətçilik irsi ilə bağlı şagirdlərə geniş məlumat verib.
Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















