BDU tələbələri ICESCO nun Beynəlxalq Aerokosmos Simpoziumunun sertifikatına layiq görülüblər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri Qazaxıstanın Almatı şəhərində ICESCO və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən təşkil olunan Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunda (“Model Satellite – CanSat Training Workshop & Aerospace Symposium”) uğurla iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən BDU tələbələri “CanSat” model peykini layihələndirərək hazırlayıblar. Dronla havaya qaldırılaraq yüksək məsafədən buraxılan “CanSat” havada olduğu müddətdə temperatur, təzyiq, yüksəklik kimi parametrləri ölçüb, səmada çəkiliş aparıb və onları qurğunun yaddaşına qeyd etməklə bütün məlumatları real vaxt rejimində Yer İdarəetmə Stansiyasına ötürüb. Sonra BDU tələbələri havada toplanan məlumatlar əsasında data analizlər və qrafiklər hazırlayaraq təqdimatla çıxış ediblər.
Sonda BDU tələbələri tədbirdə uğurlu iştiraka görə sertifikat və nişanla təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















