BDYPİ: Hərəkət iştirakçılarını təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırırıq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Hazırda respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən nəzarət tədbirləri davam etdirilir.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə tədbir keçirilib.
Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan halların qarşısının alınması istiqamətində profilaktik işlər aparılıb. Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə maarifləndirici söhbətlər keçirilib, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri diqqətə çatdırılıb.
BDYPİ bir daha hərəkət iştirakçılarını avtomobillərinin texniki sazlığına diqqət yetirməyə, təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















