Avropa liderləri Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün sülh danışıqları Berlində “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə davam etdirilib.
APA “Bild” qəzetinə istinadən xəbər verir ki, dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər.
Nəşrin əldə etdiyi sənəddə qeyd olunub ki, tərəflər müharibənin dayandırılmasına dair mümkün razılaşma kontekstində Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üçün dəstək tədbirləri təqdim etmək məqsədilə birgə fəaliyyət göstərmək niyyətlərini ifadə ediblər.
Qeyd olunub ki, bu yanaşma, digər məsələlərlə yanaşı, ABŞ tərəfindən dəstəklənən, Avropanın rəhbərliyi altında, istəkli ölkələrin töhfələrindən formalaşan və “İstəkli ölkələr koalisiyası” çərçivəsində fəaliyyət göstərəcək ‘Ukrayna üçün çoxmillətli qüvvə”ni nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Dekabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















