Icma.az
close
up
RU
Bədən qoxusunun sağlamlıqla əlaqəsi 6 ƏLAMƏT

Bədən qoxusunun sağlamlıqla əlaqəsi 6 ƏLAMƏT

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Duş qəbul etdikdən sonra belə keçməyən xoşagəlməz bədən qoxusu həkimə müraciət etmək üçün ciddi səbəb ola bilər. Bədənin adi qoxusunun dəyişməsi orqanizmdə hansısa pozuntunun göstəricisi ola bilər. Həkimlər qeyd edirlər ki, dəridən gələn bəzi spesifik qoxular ciddi xəstəliklərin inkişafına işarə edə bilər.

Lent.az bu 6 əlaməti sizə təqdim edir:

1. Aseton qoxusu
Əgər insanın tərindən kəskin aseton qoxusu gəlirsə, bu narahatedici simptom ola bilər. Ən yayılmış səbəb şəkərli diabetdir. Qanda qlükozanın səviyyəsi artdıqda, orqanizm keton cisimcikləri ifraz edir və bu maddələr dəri vasitəsilə çıxarılaraq spesifik qoxu yaradır. Aseton qoxusu bəzən diabetik komanın xəbərçisi ola bilər.

Bu qoxu həmçinin aşağıdakılarla da əlaqəli ola bilər:

Qaraciyər və böyrək funksiyalarının pozulması

Həzm sistemi problemləri

Bakterial və ya virus mənşəli infeksiyalar

2. Pişik sidiyinə bənzər qoxu (ammiak)
Əgər bədəndən pişik sidiyinə oxşar, ammiakvari qoxu gəlirsə, bu böyrək funksiyalarının pozulmasına işarə edə bilər. Bu cür qoxular adətən uremiya, pielonefrit və ya xroniki nefrit kimi vəziyyətlərdə müşahidə olunur.

Həmçinin bu qoxu aşağıdakı hallar zamanı da ola bilər:

Qaraciyər xəstəlikləri

Hormon balansının pozulması

Vərəm

Həzm sistemi problemləri

3. Sirkə qoxusu
Kəskin, turşuya bənzər, sirkə qoxusu, xüsusilə artmış tərləmə ilə birlikdə olduqda, tənəffüs sistemi və ya ağciyərlə bağlı problemlərdən xəbər verə bilər. Qadınlarda bu qoxu süd vəzilərinin xəstəlikləri, məsələn mastopatiya ilə də əlaqəli ola bilər.

4. Balıq qoxusu
Balıq və ya dəniz duzuna bənzər qoxu tez-tez maddələr mübadiləsi pozuntuları ilə əlaqələndirilir. Qadınlarda bu qoxu cinsi yolla keçən infeksiyaların əlaməti ola bilər və ginekoloqa müraciət tələb edir.

5. Şirin, meyvəyə bənzər qoxu
Əgər bədəndən çürümüş və ya həddindən artıq yetişmiş meyvəyə bənzər qoxu gəlirsə, bu qanda şəkərin yüksək səviyyəsi ilə bağlı ola bilər – bu isə diabetin tipik əlamətidir. Bu cür şirin qoxu difteri kimi infeksion xəstəliklərdə də müşahidə olunur.

6. Çürümüş ət qoxusu
Çürümüş ət və ya kəskin iyrənc qoxu çox zaman bədxassəli şişlər, yəni onkoloji proseslər zamanı meydana çıxır və bəzən xərçəngin ilkin əlaməti ola bilər. Bədəninizdən gələn hər hansı qeyri-adi, kəskin və davamlı qoxulara biganə yanaşmayın. Onlar orqanizmdə baş verən daxili problemlərin ilk siqnalı ola bilər və mütləq şəkildə həkim müayinəsi tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri