Icma.az
close
up
RU
Kiçik ürəklərdə böyük arzular: 1 saylı Uşaq evindən REPORTAJ

Kiçik ürəklərdə böyük arzular: 1 saylı Uşaq evindən REPORTAJ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Hər uşağın ürəyində fərqli bir dünya var, bəzən bu dünya rənglərə boyanır, bəzən xəyallara, bəzən də səssiz bir istəyə çevrilir.

AZƏRTAC-ın komandası bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evində böyüyən uşaqları ziyarət edərək onların həyat hekayələrini dinləyib. Bu uşaqların hekayələri yalnız keçmişin bir parçası deyil, həm də gələcəyə uzanan ümidlərin ifadəsidir. Hər biri öz arzusu, bacarığı və həyat sevgisi ilə seçilir. Kimisi fırçası ilə rənglərə can verir, kimisi gələcəyin həkimi, müəllimi, jurnalisti olmaq üçün ilk addımlarını atır.

Uşaqlıq arzularından gələcəyin reallığına

İlk həmsöhbətimiz 20 yaşlı Ayla Eynullayevadır. O, 2021-ci ildən bu uşaq evində yaşayır və o gündən bəri rəsmlə nəfəs aldığını deyir: “Bura gəldiyim gündən rəsmlə məşğulam. Ən çox heyvanları, mənzərələri və müxtəlif mövzuları çəkməyi sevirəm. Dördüncü sinfə qədər Azərbaycan Pedaqoji Kollecində təhsil almışam, daha sonra Rəssamlıq Akademiyasında oxumaq şansı əldə etmişəm. Rəsm mənim üçün sadəcə məşğuliyyət deyil, həm də rahatlıq və sevinc mənbəyidir. Gələcəkdə tanınmış rəssam və rəsm müəllimi olmaq istəyirəm”.

Əkiz bacılar Mələk və Məleykə 11 yaşındadırlar. Onlar 220 nömrəli məktəbdə təhsil alır və hazırda xalça toxuma ilə məşğuldurlar. “Xalça toxuma çox gözəl sənətdir, bu işlə məşğul olmağı sevirik”, - deyirlər bacılar.

Bu sənət onlar üçün həm səbrin, həm də gözəlliyin dərsidir. Hər ilmədə bir arzu, bir ümid toxunur.

Kiçik arzular, böyük ümidlər

Beş yaşlı Zeynəb böyüyəndə həkim olmaq istəyir: “Mənim adım Zeynəbdir. 5 yaşım var. Böyüyəndə həkim olmaq istəyirəm”. Onun bu arzusu xeyirxahlığın sadə, amma güclü ifadəsidir.

Beş yaşlı Nərmin isə müəllim olmağı arzulayır: “Mənim adım Nərmindir. Mənim 5 yaşım var. Böyüyəndə müəllim olmaq istəyirəm”.

Dörd yaşlı Miryusifin arzusu isə səmalara uzanır. O, təyyarə sürmək istəyir.

Altı yaşlı Əziz riyaziyyatı çox sevir və böyüyəndə deputat olmağı planlaşdırır: “Mənim adım Əzizdir, 6 yaşım var. Ən sevdiyim dərs riyaziyyatdır. Məktəbi və dostlarımı çox sevirəm. Böyüyəndə deputat olmaq istəyirəm”.

Gələcəyin jurnalisti

Aysu Namazova, 1 saylı Uşaq evinin sakini, 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdidir. O, jurnalist olmaq arzusundadır və bu istiqamətdə ilk uğurlarını da qazanıb: “Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş müsabiqədə ikinci yer tutmuşam. Jurnalistikaya böyük marağım var. Gələcəkdə AZƏRTAC-da işləmək və peşəkar jurnalist olmaq istəyirəm”.

Sosial xidmət müəssisələrində uşaqların sayında azalma müşahidə olunur

Bu uşaqlar bir ulduz kimidir, parlaq və bənzərsiz. Onlar üçün “uşaq evi” ümidin, paylaşmağın və özünü tapmağın ünvanıdır. Bəziləri fırça ilə, bəziləri sözlə, bəziləri elm və sənətlə gələcəyə doğru addımlayır. Ortada isə eyni bir duyğu var: inanmaq, sevmək və ümidsizliyə qapılmamaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin məlumatına görə, hazırda ölkədə 6 uşaq evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir - 3-ü Bakı şəhərində, 1-i Gəncə, 1-i Lənkəran, 1-i isə Şəkidə yerləşir. Bununla yanaşı, Bakı və Lənkəranda ailə tipli kiçik qrup evləri də fəaliyyət göstərir.

Hazırda bu müəssisələrdə 459 uşaq yaşayır. “Himayədar ailə” modeli sayəsində uşaqların öz ailələrinə qaytarılması prosesi aparılır və bu səbəbdən uşaq evlərindəki uşaqların sayında azalma müşahidə olunur. İndiyədək bu model çərçivəsində 53 uşaq himayədar ailəyə verilib. Onlardan 32-si qız, 21-i oğlandır.

...Bu uşaqların arzuları kiçik görünə bilər, amma onların gücü böyükdür. Hər arzu gələcəyə atılmış bir ümiddir. Onlar sabahın rəssamı, müəllimi, həkimi, jurnalisti ola bilərlər. Əsas olan odur ki, bu xəyallar gerçəyə çevrilsin və heç bir uşaq arzularını təkbaşına daşımasın.

Uşaqların hər birinin arzusu gələcəyə açılan bir qapıdır. Onların inamla addımladığı bu yolda dövlət dəstəyi, cəmiyyətin qayğısı və sevgi dolu münasibət sabahın uğurlarını formalaşdırır. Kiçik arzular böyük gələcəklərin başlanğıcıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri