Icma.az
close
up
RU
“Azərbaycanın ədalətli dünya ideyası reallığa çevrilir”

“Azərbaycanın ədalətli dünya ideyası reallığa çevrilir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Yeni dünya nizamının formalaşdığı hazırkı dövrün əsas çağırışı ədalətə və beynəlxalq hüquqa söykənərək sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Belə bir dünyanın formalaşması Azərbaycanın daim səsləndirdiyi çağırışların əsasında dayanıb. İşğala məruz qalıb 30 il dünya güclərindən ədalətli yanaşma gözləyən Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, yalnız bu halda ədalətli dünyadan danışa bilərik: “Lakin isər  tarixi Zəfərimizə qədərki, istərsə də postmüharibə dövrünün  reallığı budur ki, ədalət və beynəlxalq hüquq maraqların arxasında qalır, ikili yanaşmalar dünyada yeni müharibələrin, qarşudurmaların yaranmasına, mövcud problemlərin həlli prosesinin uzanmasına səbəb olur.

 Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxışında bəyan etdiyi kimi, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin  Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri bir daha bu reallıqları təsdiqlədi: “Dövlətimizin başçısı oktyabrın 13-də Sammitdə iştirak etdi.  Azərbaycanın, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyini, yüksək dəyərini dövlətimizin başçısına münasibətində aydın şəkildə ifadə edən ABŞ Prezidenti Donald Tramp Sammitdəki çıxışında da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündən bəhs etdi. “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi?” fikirləri ilə bir daha ölkəmizə, dövlətimizin başçısı İlham Əliyevə səmimi münasibətini, yüksək etimadını nümayiş etdirdi”.

Vüqar Rəhimzadə Yaxın Şərq Sülh Sammitində sülh sazişinin imzalanması mərasiminə diqqəti yönəldərək bildirib ki, bu beynəlxalq tədbirdə İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi məsələlər əsas müzakirə mövzuları oldu: “İsrail ilə Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən elə bir vəziyyətə çatmışdı ki, bunu ABŞ Prezidenti Donald Tramp həll edərək regionda sülhə nail olmaq qərarına gəldi. Sammitdə, həmçinin beynəlxalq nəzarət mexanizmi, terror təşkilatlarının hakimiyyətə buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə olundu. Ağ Ev tədbirdən öncə belə bir bəyanatla çıxış etmişdi ki, bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitlik epoxasının əsasını yaradacaq.

Sülh sazişinin imzalanması deyildiyi ki, dönüş nöqtəsi oldu. ABŞ Prezidenti Sammitdəki çıxışında bildirdi ki, bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz gündür. Bugünkü uğur Sammitdə iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya gəldiyi üçün baş verib. Bu, illərdən bəri əldə edilə bilməyən ən böyük sazişdir. Həmçinin Yaxın Şərq Sammiti çərçivəsində Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı. Sammitdə 20-yə yaxın dövlət və hökumət başçıları iştirak etdi. Dövlətimizin başçısı İlham Əliyevin bu Sammitə Donald Tramp və Əbdülfəttah əs-Sisi tərəfindən  dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrin, dövlətmizin qlobal siyasətdə söz sahibi olmasının  təsdiqidir.

Parlamentari vurğulayıb ki, artıq Azərbaycanın hər zaman çağırış etdiyi ədalətli dünyanın formalaşması ideyası reallığa çevrilir: “ABŞ Prezidenti Donald Tramp bu ilin avqustunda İlham Əliyev ilə görüşündə onun sülh istiqamətində addımlarını təqdir edib. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, eyni zamanda, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Donald Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi təsadüfi xarakter daşımır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana artan beynəlxalq dəstək göz qabağındadır. Vaşinqton görüşünün uğurlu nəticələri bunun bariz nümunəsidir. Həmin görüş mühüm razılaşmalarla tarixə yazıldı. Vaşinqton Sammiti ümumilikdə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması oldu. Prezidentlər Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu imzaladılar. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır”.

Vüqar Rəhimzadə bildirib ki, Vaşinqton Sammiti, onun ardınca keçirilən Yaxın Şərq Sammiti bir daha dünyanın ədalətli, beynəlxalq hüquqa söykənən yanaşmaya böyük ehtiyacı olduğunu təsdiqlədi: “Sülhün, təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin inkişafında əsas faktordur. Bunun üçün Azərbaycanın bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman qlobal problemlərin həllində birgə səylərin göstərilməsini əsas hədəf kimi qarşıya qoyur. Azərbaycanın qlobal məsələlərin həllində öndə dayandığını dünya liderləri də təsdiqləyirlər. Dövlətimizin başçısının Yaxın Şərq Sammiti çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirməklə bu gün Azərbaycanın sözünün nə qədər önəmli və vacib olduğunu görərik. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində artıq Azərbaycan geosiyasi nüfuzu artan, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri