Icma.az
close
up
RU
Bədəni 95 faiz döymə idi yeni FOTOları şoka saldı

Bədəni 95 faiz döymə idi yeni FOTOları şoka saldı

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliyalı bir kişi, bədəninin 95%-i döymələrlə örtülü olduğu halda, lazerlə döymələrin silinməsindən sonra təəccüblü görünüşünü nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bir vaxtlar Braziliyanın ən çox döyməli adamı kimi tanınan Leandro de Souzanın bədəni 13 yaşından başından ayaqlarına qədər yüzlərlə döymə ilə örtülüb.

Onun 170 döymədən ibarət kolleksiyası sevimli rok qrupları - Nirvana, Guns n Roses və Metallica-dan ilhamlanaraq ərsəyə gəlmişdi. Lakin 36 yaşlı kişi həyat tərzini tamamilə dəyişməyə qərar verib və bu, döymələrin silinməsi üçün bir neçə ağrılı əməliyyatı da əhatə edib. De Souzanın sözlərinə görə, bu qədər ağrılı və genişmiqyaslı transformasiyaya getmək qərarı onun dinə gəlməsindən sonra verilib.

O, körpə ikən ayaqqabı qutusunda tapıldıqdan sonra övladlığa götürülüb. Daha sonralar narkotik istifadəsinə başlayıb və oğurluğa görə həbsxanada yatıb. O, 21 ilini döymə etdirməklə keçirib, üzündəki döymələrlə üzünü skelet kəlləyə bənzətməyə çalışıb. Cinayətkar həyatı nəticəsində onu övladlığa götürən anasının qəyyumluğunu 2019-cu ildə itirib və qadın yaşlılar evinə göndərilib. İndi isə onu geri qaytara bilməsi üçün sabit işə ehtiyacı var.

De Souza xaç suyuna salınıb, artıq narkotikdən uzaqlaşıb. Evangelizmlə tanış olduqdan sonra isə həyatını və imicini dəyişməyə qərar verib. O belə deyib:

"Mən artıq yaşadığım o həyata dözə bilmirdim. Mən qatıldığım tədbirlərdə bir atraksion kimi idim və özümü sirk heyvanı kimi hiss edirdim".

O, həmçinin spirtli içki və siqaretdən imtina edib və indi övladına aliment ödəmək, eləcə də anasına baxa bilmək üçün rəsmi iş tapmağa çalışır.

De Souza müsahibəsində belə deyib:

"Üzünüzə döymə etdirməzdən əvvəl yaxşı düşünün, çünki mən buna görə peşmanam. Mən döymələri qınamıram. Amma inanıram ki, xaç suyuna salındıqdan və imana gəldikdən sonra bizim üçün daha vacib işlər var, əziz qardaşlarım". /Lent.az 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Sentyabr 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri