Icma.az
close
up
RU
Bədənimdə drenajlar var idi, səhnəyə çıxdım FOTO

Bədənimdə drenajlar var idi, səhnəyə çıxdım FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ümumdünya Xərçəng Günü" çərçivəsində təşkil edilən tədbirdə pop musiqisinin tanınmış simalarından Hande Yener də qonaq olub. Erkən diaqnoz sayəsində döş xərçəngini məğlub etməyi bacaran sənətçi tədbir zamanı keçirdiyi çətin günləri bölüşərkən duyğulu anlar yaşayıb.

Milli.Az xəbər verir ki, altı il əvvəl döş xərçəngi diaqnozu qoyulan və müalicəsini uğurla başa vuran Hande Yener panel zamanı şəxsi təcrübəsini bölüşərək, erkən müayinənin həyat qurtardığını vurğulayıb:

"Həyatımda məni yoran, əsəbiləşdirən o qədər çox şey var idi ki... İnsanlar, münasibətlər, dostluqlar. Özümü dəyərsizləşdirmişdim və başqalarının da bunu etməsinə icazə verdiyimi anladım. Bir az arıqlamışdım. Estetik baxımdan döşlərimi yoxlayarkən əlimlə bir şiş hiss etdim. Əslində pis bir şey olacağını düşünən biri deyiləm, amma o an içimdə qəribə bir hiss yarandı. 'İçimdə bir şey var' dedim" .

Məşhur müğənni müayinəyə gecikmədən getdiyini bildirib:

"Ayaqqabılarımı geyinib dərhal həkimə getdim. Müayinəyə getmək insanın özünə verdiyi dəyərin göstəricisidir. Texnologiyanın bu qədər inkişaf etdiyi, erkən diaqnozun bu qədər vacib olduğu bir dövrdə bundan qorxmaq mənə doğru görünmür."

Cərrahi müdaxilə prosesindən danışarkən göz yaşlarını saxlaya bilməyən Yener bunları deyib:

"Həkimim 'Buraya silikon qoymalıyıq' deyəndə mən 'Mənim üçün fərqi yoxdur' dedim. Çünki edəcək çox şeyim var idi - oğlum, itlərim, sevdiklərim... 'Ən doğru nədirsə, onu edin' dedim."

Əməliyyatdan sonra mükafatlandırma mərasiminə qatıldığını deyən sənətçi yaşadıqlarını belə xatırlayıb:

"Mənə bunun mənim üçün yaxşı ola biləcəyi deyildi və tərəddüd etmədən qəbul etdim. O vaxt pandemiya idi, böyük mərasim olmayacaqdı. Əməliyyatdan sonra bədənimdə drenajlar var idi. Çiyin altı detalları olan bir gödəkçə tapdıq və drenajları gizlətdik. Qızıl Kəpənək Mükafatlandırma Mərasiminə belə getdim. O vaxt nələrdən keçdiyimi heç kim bilmirdi. Çünki insan bəzi şeyləri əvvəlcə özü qəbul etməlidir, sonra danışa bilər."

Hande Yener çıxışının sonunda xərçənglə mübarizədə erkən diaqnozun həyati əhəmiyyət daşıdığını bir daha vurğulayaraq, hər kəsi mütəmadi tibbi müayinələrdən keçməyə çağırıb.

Fidan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Fevral 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see276

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see259

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see257

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see247

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see226

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see220

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see194

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see189

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see187

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see185

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see179

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see179

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see177

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see173

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see164

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see163

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri