Icma.az
close
up
RU
İndi də bədənimdə qəlpələr var Xalq artisti

İndi də bədənimdə qəlpələr var Xalq artisti

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub. 

Axşam.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində iştirak edən sənətçi döyüşlər zamanı yaralandığını və hələ də bədənində qəlpələrin qaldığını açıqlayıb:

"1990-cı illərdə vəziyyət ağır idi. Hər gün ölüm-itim, Şuşa od-alov içində yanırdı. Hər gün atırdılar, darmadağın edirdilər. Müharibəni ancaq uşaq vaxtı kitablarda oxuyub, filmlərdə izləmişdim. Ağlıma gəlməzdi ki, müharibə olar və mən istirak edərəm. Dedim vətənim üçün nəsə edim. Könüllü şəkildə müharibəyə getdim. 

Birinci döyüş yolum Şuşadan keçdi. Sonra Laçında oldum. Sonuncu Ağdərəyə getdik. Orada çox ağır yaralandım. Həmin vaxt döyüş yoldaşlarımızdan ikisi şəhid olmuşdu, 8-i isə yaralanmışdı. Yaralananlara köməyə getdik. Şakir adlı biri var idi. Xərəyi məndən aldı ki, buraya qədər daşımısan, qalanını biz edək. Arxaya çəkildim. Bir də eşitdim ki, kimsə "Ay Allah" söylədi. Bilmədim ki, bunu deyən Şakirdir. Sonra gördüm ki, mənə istilik gəldi, keyidim. Bir dəfə ayıldım, gördüm ki, nəsə yanır. Bircə onu dedim ki, komandir, kömək edin, uşaqlar yanır. Bizi vurublar. Beynim silkələnib. Bədənimdə 100-dən çox qəlpəm var idi. Hamısı dolub bədənimə, qulağımdan qan fışqırır. Tərtərə xəstəxanaya aparıblar. Orada dumanlı yerdə uçduğumu xatırlayıram. Görürəm ki, komandir məni dartır. Ayılanda eşitdim ki, dedilər "Şükür Allaha, ölmədi". 3 gün özümə gəlib-getmişəm. Orada 27 tikiş vurulub mənə. Ən çox üzümə qəlpə düşüb. Allaha min şükür, gözümün ağındakı qəlpə sürüşüb burnumun üstündən çıxdı. Özüm çıxartdım. Əməliyyatla qəlpələrimi çıxartdılar. Bakıda da əməliyyat olundum. Qulağımın pərdəsi də dağılmışdı. İndi də bədənimdə qəlpələr var. Çoxu dərimin altındadır. Boğazımda da var idi. Dedilər çıxartsaq səs telini zədələyə bilərik. Dedim ki, elə olsa, yaşamaq istəmirəm. Ondansa, ölməyim daha yaxşıdır. Xəstəxanalarda çox oldum. Yeriyə, qalxa bilmirdim. Tikişlərim çox ağrıdırdı. Hər dəfə eşidəndə ki, torpaqlarımız işğal olunur, pis olur, qışqıırdım. Düşünürdülər dəli olmuşam. Şükür ki, indi torpaqlarımız azaddır. Ən böyük sevincim torpaqlarımızın azad olunmasını görməyimdir. Min şükür olsun". 

Qeyd edək ki, Ş.Musayeva ötən gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri