BƏƏ ABŞ nin İrana mümkün hücumu ilə bağlı bəyanat yayıb
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz hava məkanı, ərazisi və ya sularının İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
“BƏƏ Xarici İşlər Nazirliyi İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda öz hava məkanı, ərazisi və sularından istifadənin yolverilməzliyi prinsipinə, eləcə də bununla bağlı hər hansı maddi-texniki dəstəyin göstərilməsinin yolverilməzliyi prinsipinə sadiqliyini bir daha təsdiqləyir”, - bildirilib.
Nazirlik vurğulayıb ki, münaqişələrin həlli üçün yalnız dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlət suverenliyinə hörmət ən effektiv yoldur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Yanvar 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















