“8 Noyabr Zəfər Günü” nə həsr olunmuş idman tədbiri
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində, şəhid Vüsal Kazımovun xatirə parkında “8 Noyabr – Zəfər Günü” nə həsr olunmuş kütləvi açıq idman tədbiri keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin kollektivi, idmançılar, kənd sakinləri, şəhid Vüsal Kazımovun atası və ailə üzvləri iştirak ediblər.
Tədbirin açılışında şəhid Vüsal Kazımovun atası çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən uğrunda canlarını fəda edib qazanılan parlaq qələbəmizin qəhrəmanlıq rəmzinə çevrilən şəhid ərənlərin şücaətindən və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən danışıb.
Təşkilində əsas məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini yad etmək, əhali arasında sağlam həyat tərzinin təşviqi, eləcə kütləvi idmana marağı artırmaq olan tədbir çərçivəsində iştirakçılar müxtəlif idman hərəkətlərini yerinə yetiriblər.
Qeyd edək ki, şəhid Vüsal Kazımov şəhidlik zirvəsinə ucalmazdan əvvəl Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Onun xatirə parkında keçirilən tədbir həm Zəfər Gününün qeyd olunması, həm də qəhrəman şəhidimizin əziz xatirəsinin yad edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















