BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib edib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BƏƏ-də İrana maliyyə dəstəyinin verilməsi və əcnəbi işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi barədə xəbərlərin saxta olduğu bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində bildirib.
"Bəzi platformalar ölkə ilə bağlı yalan məlumatlar yayır, halbuki dövlət regiondakı hadisələrə reaksiya vermək və münaqişədən sonrakı dövrə hazırlaşmaq üçün səylərini cəmləşdirməyə davam edir", - o yazıb.
Qarqaş vurğulayıb ki, BƏƏ-nin yanaşması ondan ibarətdir ki, bu cür bəyanatlara ən yaxşı cavab konkret iş və real nailiyyətlərdir.
"Yayılan şayiələrə - xüsusən də işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi və digər bu kimi iddialara gəldikdə isə, bu, saxta məlumatdır və ümidsiz media kampaniyalarının bir hissəsidir", - BƏƏ Prezidentinin müşaviri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 19 Avqust 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















