Icma.az
close
up
RU
Bəhmənlidə qəzet köşkü yoxdu...

Bəhmənlidə qəzet köşkü yoxdu...

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heç kimə sirr deyil ki, bu gün qəzetlər az tirajla çap edilir.

Çünki onun dərci çox vəsait tələb edir. Kağız bahalaşıb, çap bahalaşıb, üstəlik yerhaqqı da bahadır. Əgər dövlətin dəstəyi olmasa, bir neçə gündən sonra qəzetlərin nəşri dayanar.Ən azından ona görə ki,  heç bir qəzet catışdan əldə edilən cüzi vəsaitlə ayağa dura bilməz. Rayon yerlərində qəzet oxumaq istəyən adamlar isə qəzet tapa bilmirlər. Füzuli rayonunun ən iri kəndlərindən biri Böyük Bəhmənlidir. Bu kəndin yeddi minə yaxın əhalisi var.  Və demək olar ki, kənddə hər şey gözəldir. Asfalt yollar, qaz, su, işıq,iki məktəb , uşaq bağçası, bir- birindən gözəl marketlər, mağazalar göz oxşayır.Şükür Allaha, camaatında dolanışığı lap yaxşıdır.

Amma hər şeyi olan Bəhmənlidə bir qəzet köşkü yoxdu.Qəzet oxumaq istəyən  adam onu almaq üçün ya Horadiz şəhərinə getməlidir, ya da Əhmədbəyli kəndinə.  Çünki qəzetlər , ancaq həmin yerə gəlir. Əvvəllər qəzet Bəhmənlidəki poçta gələrdi, amma indi poçt fəaliyyət göstərsə də   orda qəzet yoxdu. Orta və yaşlı nəsilsə, qəzet oxumaq istəyir, lakin onu Bəhmənlidə tapa bilmirlər. Maşını olan adam gedib, qəzeti Horadiz  şəhərindən, ya da Əhmədbəylidən alır. Kəndlərdə, o cümlədən Böyük Bəhmənlidə qəzet köşkləri açmaq lazımdır.  

Bu kənddə həftə- səkkiz mən doqquz bir ticarət obyekti  açılır, məgər qəzet köşkü açmaq belə bir müşkül məsələdir?! Qəzetləri yaşatmaq üçün  bu addımlar bütün kəndlərdə  atılmalıdir. Belə ki, kəndlərdə qəzet oxuyan adamlar çoxdur. Və bir də qəzet oxumayan millət kar, kor və laldır. Kəndlərdə isə qəzet oxumaq istəyən adamlar kar, kor, lal olmaq istəmir!

Emil Faiqoğlu         

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri