Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bəhruz Məhərrəmov: Naxçıvanda dövlət idarəçiliyi daha səmərəli olacaq

Bəhruz Məhərrəmov: Naxçıvanda dövlət idarəçiliyi daha səmərəli olacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni Fərman imzalayıb.

Sənədə əsasən, nümayəndəliyin yeni strukturu təsdiqlənib və işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Fərmanla nümayəndəliyin səlahiyyətləri genişləndirilib, dövlət orqanları ilə koordinasiya, sosial-iqtisadi layihələrin icrasına nəzarət və başqa idarəetmə funksiyaları dəqiqləşdirilib. Yeni qaydalar 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin səlahiyyətlərinin genişləndirilməsi bölgənin idarəetmə sisteminə və qərarların icrasına necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı, bölgənin idarəetmə arxitekturasını köklü şəkildə dəyişməyi və institusional effektivliyi maksimuma çatdırmağı hədəfləyən yeni fərman Azərbaycanın strateji əhəmiyyətə malik bu bölgəsində dövlət idarəçiliyi sisteminin yeni və keyfiyyətcə fərqli bir mərhələyə qədəm qoyması deməkdir.

“55 ştat vahidi ilə strukturu təsdiqlənən nümayəndəliyin dövlət aparatındakı çəkisi və həlledici rolunun rəsmiləşdirildiyi, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək bu sənəd, heç şübhəsiz ki, sadəcə struktur dəyişikliyi deyil, həm də dövlət idarəçiliyinin mərkəzləşdirilməsi və optimallaşdırılması prosesinin məntiqi davamı, strukturdan funksionallığa doğru institusional transformasiyadır”, - deyə o bildirib.

Mahiyyətini təhlil etsək, təbii ki, dəyişikliklərin məğzi rəqəmlərdən daha dərindir. Daha dəqiq desək, səlahiyyətli nümayəndəlik artıq təkcə təftiş edən qurum deyil, həm də mürəkkəb idarəetmə mexanizmlərinin tətbiq edildiyi, kadr nəzarəti və inzibati məsuliyyəti yeni səviyyədə müəyyən edən strateji koordinasiya funksiyasını daşıyır. Muxtar Respublikanın icra hakimiyyəti orqanları və dövlət qurumları rəhbərlərinin təyinatında nümayəndəliyin razılığının tələb olunması "idarəetmə intizamı"nın təmin olunması üçün ən vacib mexanizmlərdən birinin formalaşdırılması, məhz kadr siyasətinin mərkəzi dövlət idarəçiliyi standartlarına uyğunlaşdırılması deməkdir. Sənədlə nümayəndəliyin bölgənin sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında və icrasında həlledici qərargaha çevrilməsi layihələrin icrası zamanı yaranan koordinasiya boşluqlarını aradan qaldırır və dövlət vəsaitlərinin istifadəsinə nəzarət mexanizmlərini gücləndirir.

Deputat bildirir ki, nümayəndəliyin öz müstəqil xəzinə hesablarına və maliyyə-texniki təminata sahib olması bürokratik maneələri azaldaraq qərarların qəbulundan icrasına qədər olan "zaman itkisi"ni minimuma endirməklə fəaliyyətin operativliyini təmin edir. Paralel olaraq, bölgənin xüsusi coğrafi və geosiyasi şəraitini nəzərə alaraq nümayəndəliyin həm diplomatik, həm iqtisadi, həm də inzibati funksiyaları icra etməsi Naxçıvanın dayanıqlı inkişafı üçün daha çevik və müstəqil qərar qəbul etmə qabiliyyətini gücləndirir.

“Nümayəndəliyin genişlənən səlahiyyətləri Naxçıvandakı icra hakimiyyəti orqanları ilə mərkəzi dövlət qurumları arasında bir növ "süzgəc" və "körpü" rolu oynayacaq. Bu sinergiya effekti bölgədə qərarların qəbulu prosesini əhəmiyyətli dərəcədə dəyişəcək.

İlk növbədə, idarəetmə pərakəndəliyinin qarşısını almaq üçün ən effektiv "yol xəritəsi" kimi siyasi-hüquqi sinxronlaşmaya nail olunur. Bununla da Muxtar Respublikanın qanunvericilik və icra sahəsindəki fəaliyyəti Azərbaycan Respublikasının vahid dövlət siyasəti ilə tam harmoniya təşkil edəcək. Nümayəndəliyin öz fəaliyyətini ictimaiyyətə açıq və hesabatlı şəkildə qurması, rəqəmsal idarəetmə alətlərindən istifadə etməsi vətəndaş-dövlət münasibətlərində inamın artmasına xidmət edərək icra nəzarətinin rəqəmsallaşması və şəffaflığında yeni mərhələnin əsasını qoyacaq”, - deyə o vurğulayıb.

Beləliklə, yeni idarəetmə formatı bölgənin sosial-iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına zəmin yaradaraq Naxçıvanda idarəetmə sisteminin "əyalət modelindən" "müasir dövlət idarəçiliyi modelinə" keçidini təsdiqləyir. Üstəlik, dəyişikliklər göstərir ki, Azərbaycanın dövlət idarəetmə siyasəti vahid mərkəzdən idarəetmə prinsipi əsasında, lakin yerli xüsusiyyətlərin nəzərə alındığı yüksək texnokratik və şəffaf sistemin qurulmasına fokuslanıb. Bu transformasiya bölgənin gələcək inkişafında inzibati idarəetmənin keyfiyyətini yüksəltməklə yanaşı, həm də dövlətçilik ənənələrinin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri