Icma.az
close
up
RU
Bəhruz Məhərrəmov: Qərb insan hüquqlarını siyasi alətə çevirib, Ermənistandakı həbslərə susur

Bəhruz Məhərrəmov: Qərb insan hüquqlarını siyasi alətə çevirib, Ermənistandakı həbslərə susur

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistanda tanınmış iş adamı Samvel Karapetyanın, həmçinin bir sıra sabiq və hazırkı deputatların həbs edilməsi, Eçmiədzin kilsəsi ilə yaranan gərginlik fonunda bu ölkədə insan hüquqlarının kobud şəkildə pozulduğu bildirilir. Lakin bu kimi ciddi proseslərə Qərb institutlarının - Avropa Şurası, ATƏT və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiya verməməsi suallar doğurur. Halbuki Azərbaycanda və ya digər ölkələrdə ən xırda insident baş verdikdə belə, bu qurumlar dərhal bəyanatlarla çıxış edirlər.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Ermənistanda daxili siyasi gərginliyin artması, hüquq və azadlıqların pozuntularının yeni kritik mərhələyə qədəm qoyması, bu çərçivədə siyasi məzmunlu həbslərin yeni dalğasına start verilməsi fonunda insan hüquqlarının müdafiəsinin qlobal inhisarçılarına çevrilmiş çoxsaylı Qərb institutları, o cümlədən Avropa Şurası, ATƏT kimi təsisatların məsələyə heç bir reaksiya verməməsi insan hüquq və azadlıqlarının müdafiəsinin artıq uzun müddətdir ki, imperialist niyyətlər naminə istifadə olunan alətə çevrildiyini göstərməkdədir.

Deputatın sözlərinə görə, Qərb üçün insan haqları anlayışı birmənalı şəkildə ikili standartlara söykənir və özünü beynəlxalq ictimaiyyət kimi təqdim edən ayrı-ayrı qlobal subyektlər insan haqlarının müdafiəsi "mexanizm"lərini yalnız özlərinin təcavüzkar maraqlarını təmin etmək məqsədilə "işə salır":

"Ötən dövrün təcrübəsi göstərir ki, Qərb institutları siyasi iradəsinə təsir edə və marionetə çevirə bilmədikləri dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq və həmin ölkələrdə gərginlik yaratmaq üçün "insan haqlarının müdafiəsi" şüarına alternativsiz format kimi yanaşırlar. Ayrı-ayrı beynəlxalq sənədlərdə istintaqa kənar təsirin, o cümlədən məhkəmələrin müstəqilliyinə müdaxilənin yolverilməzliyindən bəhs edən bu təsisatlar və subyektlər öz maraqlarını təmin edə bilmədikləri coğrafiyalarda hüquq-mühafizə orqanlarının təkzibedilməz sübutlara əsaslanan qərarlarına məhəl qoymadan əsas diqqəti cinayət təqibinə məruz qalan şəxslərin əməllərinə yox, onların şəxsiyyətlərinə fokuslandırırlar.

Çox təəssüf ki, Azərbaycan Respublikası da mütəmadi olaraq bu tip ikili standartlarla üz-üzə qalır. Səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi, çox sadədir. Azərbaycanda milli iradə hakimiyyətdədir və Azərbaycan dövlətinin və xalqının maraq və mənafeləri istənilən beynəlxalq maraqdan daha üstün tutulur", - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Qərbin əlaltısına çevrilmiş marionet Ermənistanda tanınmış siyasətçilərin, jurnalistlərin, o cümlədən sabiq və hazırkı deputatların siyasi fəaliyyəti ilə əlaqədar həbsinə susanlar Azərbaycanda konkret təkzibedilməz dəlillərlə təqsiri sübuta yetirilmiş şəxsləri "siyasi məhbus" elan edərək onların müdafiəsinə qalxırlar. Baxmayaraq ki, həmin Qərb subyektlərinin özlərinin konstitusiyalarında da, təsisatların əsasnamələrində də hər kəsin hüquq və qanun qarşısında bərabərliyi imperativ kontekst kimi təsbit olunub".

B.Məhərrəmov əlavə edib ki, istər bütün dövlətlər, istərsə də insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təsisatlar BMT ilə əməkdaşlıq şəraitində insan hüquqları və əsas azadlıqlarına ümumi hörməti, onlara əməl olunmasına yardım etməyi öhdəliklərinə götürüblər və öhdəliklər 1948-ci il İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə rəsmən elan olunub:

"O cümlədən BMT Baş Assambleyası İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin ümumilikdə və effektiv tanınması və həyata keçirilməsinə səy göstərilməsini bütün xalqların və dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifə kimi bəyan edib. Lakin görünən odur ki, artıq neofaşist, neokolonist və imperialist niyyətlərin daha çox önə çıxdığı və ayrıcı xətlərin dərinləşdiyi müasir dünyada istər insan hüquq və azadlıqlarının xarakterinin tam şəkildə dərk olunması, istərsə də bu sahədə beynəlxalq öhdəliklərin hərtərəfli yerinə yetirilməsinin əhəmiyyəti ikinci, yaxud üçüncü dərəcəli məsələyə çevrilib. Heç şübhəsiz ki, bu da bəşəriyyətə yaxşı heç nə vəd etmir.

Qeyd olunanları, o cümlədən Ermənistanda baş verən hadisələr fonunda müşahidə olunan ikili riyakar standartları nəzərə alaraq əminliklə demək olar ki, Azərbaycan Respublikası haqlı olaraq insan hüquq və azadlıqlarının müdafiəsini alətə çevirmək istəyən və bununla da ölkəmiz üzərində təzyiq mühiti qurmağa çalışan hər bir beynəlxalq subyektlə onun layiq olduğu formada danışır".

"Siyasi və iqtisadi müstəqilliyimiz, o cümlədən hərbi-siyasi qələbələrimizlə Prezident İlham Əliyevin nail olduğu yeni geosiyasi reallıq isə bizə bu istiqamətdə qətiyyətli və ardıcıl formada davranmağa və milli maraqlarımızı, o cümlədən Azərbaycan vətəndaşlarının mənafelərini qorumağa imkan verir", - deyə deputat yekunlaşdırıb.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see191

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see160

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see150

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri