Bəhruz Nuriyev küçəsindən Babək prospektinə qədər hərəkət məhdudlaşdırılacaq
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində 25 iyun tarixində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Hərəkəti qismən məhdudlaşdırılması yolun qeyd olunan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqəlidir.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

