Mançesterdən Turinə yollana bilər
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Yuventus” heyətinə yeni hücumçu qatmağı planlaşdırır.
“Corriere dello Sort”un məlumatına görə, Turin klubu “Mançester Yunayted”in futbolçusu Ceydon Sançonu almağı planlaşdırır. 25 yaşlı forvard son mövsümü icarə əsasında “Çelsi”də keçirib. “Yuventus” onu birdəfəlik transfer etməyə yaxındı.
Sanço son mövsümdə meydana çıxdığı 42 matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

