Icma.az
close
up
RU
Bekhemin keçmiş cangüdəni ölü tapılıb: Vida mesajı ortaya çıxdı

Bekhemin keçmiş cangüdəni ölü tapılıb: Vida mesajı ortaya çıxdı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb. Əfqanıstanda kral dəniz piyadasında xidmət etmiş Eynsvortun vida mesajı açıqlanıb.

Sherg.az “The Sun”-a istinadən bildirir ki, keçmiş Kral dəniz piyadası Kreyq Eynsvortun anası oğlunun ölümünü sosial şəbəkədə elan edib.

Əvvəllər Əfqanıstanda xidmət edən oğlunun travma sonrası stress pozğunluğundan (TSSB) əziyyət çəkdiyini bildirən Salli Facebook-da vida mesajını paylaşıb.

Salli oğlunun hərbi geyimli fotosunu paylaşaraq, "Kreyq, rahat ol" şərhini yazıb.


Kreyqin tam olaraq harada tapıldığı və necə öldüyü hələ açıqlanmayıb. 40 yaşında olduğu bilinən Kreyq 2013-2015-ci illərdə Londonun Holland Parkında yaşadıqları zaman Bekhem cütlüyünün yanında işləyib. Ölümündən bir neçə gün əvvəl Bekhemlərin keçmiş cangüdəninin Facebook-da vida mesajı yerləşdirdiyi məlum olub. Yazıda deyilir: "Əlvida gözəl insanlar. Yaşamaq dünyada ən nadir şeydir. Bir çoxunuz üçün əsl şok yaradacaq, lakin pandemiya qurduğum hər şeyi məhv etdiyindən və dostlarım və həmkarlarım adlandırmaqdan qürur duyduğum gözəl insanları itirdiyim son dörd ildə ən çox ağrını yaşadım."

"İndi AZADAM" 

Dostlarından, ailəsindən və "Kral Dəniz  Piyadalarının qardaş və bacılarından" üzr istəyən Kreyq deyib: "Xahiş edirəm qəzəblənməyin və ya üzülməyin, mən artıq azadam. Bütün bu müddət ərzində mənə dəstək olan işıq oldunuz, hamınıza necə minnətdar olduğumu ifadə etməyə söz tapa bilmirəm. Mükəmməl bir insan deyildim, amma təmiz ürəklə, yaxşı niyyətlə yaşadım". 


Dəfn mərasimi ilə bağlı arzularını dilə gətirən Kreyq paylaşımında bunları bildirib: "Mən dəfn mərasimi istəmirəm. Cəsədimi yandırın və külünü dənizə atın".

2013-2015-ci illər arasında məşhur cütlüyün cangüdəni kimi çalışmış Kreyq, daha əvvəl Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhur adlarla çalışıb.


Kreyq , Bekhemin Netflix sənədli filmi yayımlandıqdan sonra cütlük haqqında deyib: "David cazibədar idi. Viktoriya öz halında idi. Uşaqlarla məşğul olurdu, işdə olurdu. Diqqət mərkəzində olmasına baxmayaraq, uşaqları yaxşı davranışlı idi. Bu səviyyədə şöhrətə sahib olmaq və ailə birliyini qorumaq üçün nəyisə düzgün etməlidirlər" demişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri