Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” elmi sessiya

“Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” elmi sessiya

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr edilib.

Əvvəlcə ədəbiyyatşünas alimin elmi yaradıcılığından bəhs edən sərgi ilə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli görkəmli alimin zəngin fəaliyyətindən söz açıb, onun fundamental əsərləri ilə elmimizə böyük töhfələr verdiyini söyləyib. Akademik Bəkir Nəbiyevi ustad ədəbiyyatşünas alim kimi səciyyələndirən AMEA rəhbəri onun Firudin bəy Köçərli haqqında yazılmış ilk monoqrafik əsərin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, arxiv materiallarına əsaslanan bu kitab zaman keçsə də dəyərini qoruyub saxlayır. Həmin nəşr, alimin namizədlik və doktorluq dissertasiyaları, çoxsaylı monoqrafiyaları ədəbiyyat tarixçiliyi üzrə bu gün də fundamental tədqiqatlardan biri kimi qəbul olunur.

Azərbaycan ədəbi-elmi ictimaiyyəti tərəfindən akademik Bəkir Nəbiyevin əsasən tənqidçi ədəbiyyatşünas kimi qəbul edildiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, alimin ədəbi tənqidi irsi ədəbiyyatşünalığımızın yarım əsrdən çox salnaməsini təşkil edir. Onun müasirləri və klassikləri haqqında məqalələri, sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar üçün qiymətli mənbədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim AMEA-da müxtəlif vəzifələrdə çalışıb, Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutub. O, 1971-1987-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, 1987- 2001-ci illərdə Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi, 2002-ci ildən ömrünün sonunadək isə Ədəbiyyat İnstitutunun direktoru olub.

“Akademik Bəkir Nəbiyev səmərəli elmi-təşkilati fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrların yetişdirilməsində də böyük əmək sərf edib”, - deyən AMEA prezidenti onun rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorlarının hazırlandığını, alimin Azərbaycan filologiyasında elmi məktəb yaratdığını vurğulayıb.

Akademik İsa Həbibbəyli bugünkü mərasimin AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. O, bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etmiş Bəkir Nəbiyevin gələcək nəsillərə örnək və nümunə göstəriləcək Azərbaycanın görkəmli alimlərindən biri olduğunu bildirib.

Ədəbiyyatşünas alimin zəngin fəaliyyətinin Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görüldüyünü, Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edildiyini diqqətə çatdırıb.

Sonra Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin akademik Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb. Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyat tarixçiliyinin tədqiqi istiqamətində fəaliyyətindən danışan Hayrettin İvgin bildirib ki, o, Azərbaycan ədəbiyyatşünaslıq elmində, türk xalqlarının mədəniyyət tarixində elmi əsərləri ilə adını əbədiləşdirmiş alimlərdəndir. Bəkir Nəbiyev daim öz araşdırmalarında çoxsaylı tarixi mənbələrə, elmi qaynaqlara üstünlük verib. Onun mənalı ömür yolu və zəngin elmi-ədəbi irsi yeni nəsillər üçün məktəbdir.

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Akademik Bəkir Nəbiyev: böyük ədəbiyyatşünas alim”, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev “Azərbaycan ədəbiyyatşünaslıq elminin ustad dərsləri”, şöbə müdiri professor Asif Rüstəmli “Akademik Bəkir Nəbiyev və Azərbaycan ədəbiyyatı tarixçiliyi”, aparıcı elmi işçi filologiya elmləri doktoru Esmira Fuad “Səfərnamələrindən görünən Bəkir Nəbiyev” və aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Akademik Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda akademik Bəkir Nəbiyevin ailəsi adından çıxış edən Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri