Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Bel yırtığı ilə bağlı doğru bildiyimiz 7 yanlış

Bel yırtığı ilə bağlı doğru bildiyimiz 7 yanlış

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beldəki hər ağrı disk yırtığı demək deyil. Ancaq yırtıq diaqnozu qoyulduqda, müalicənin uğurlu olması üçün gündəlik həyat vərdişlərini tənzimləmək və sağlam vərdişlər qazanmaq vacibdir. 

Ölkə.Az xəbər verir ki, günümüzdə kompüter qarşısında saatlarla vaxt keçirmək, pis duruş, artıq çəki və hərəkətsizliyə görə bel ağrılarından şikayət edənlərin sayı sürətlə artır. Bu, insanların əksəriyyətində disk yırtığı yarana bilər.

Türkiyəli beyin və sinir cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Ziya Akarın sözlərinə görə, hər 100 adamdan 80-nin qeyri-sağlam həyat tərzi vərdişləri səbəbiylə bel ağrıları müşahidə olunur. O deyib ki, bu ağrıların 15%-i müalicə tələb edən şiddətli disk yırtığından qaynaqlanır.

Z.Akar onurğa sağlamlığını riskə atan, bel yırtığı ilə bağlı doğru bilinən 7 yanlışı açıqlayıb.

1. Belin çəkilməsi və sərt masaj yırtığı müalicə edir - Yanlışdır!

Nəzarətsiz, sərt masajlar, şüursuz əl terapiyaları və bel dartma prosedurları bel və onurğaya ciddi ziyan vura bilər. Bu cür təcrübələr sinir zədələnməsinə və ya yırtığın pisləşməsinə səbəb olaraq geri dönməz zərər verə bilər.

2. Bel yırtığının səbəbi həddindən çox ağır yük qaldırmaqdır - Yanlışdır!

Ağır əşyaları qəfil və səhv qaldırmaq beldə gərginliyə və disklərin yerdəyişməsinə səbəb ola bilər. Bundan əlavə, pis duruş vərdişləri, hərəkətsizlik və piylənmə kimi bir çox səbəb də disk yırtığına səbəb ola bilər. Davamlı olaraq eyni mövqedə qalmaq və ümumi hərəkətsizlik onurğamızı dəstəkləyən əzələ qruplarında zəiflik yaradır disk yırtığını sanlaşdırır.

3. Disk yırtığı olan adamlar hərəkət etməməli və sərt yataqda yatmalıdır - Yanlışdır!

Disk yırtığı olan insanların uzun müddət yataq istirahəti bel əzələlərinin zəifləməsinə səbəb olacaq, əksinə, sağalma prosesini çətinləşdirəcək. Həddindən artıq sərt döşəklər ağrıları artıra bilər, çünki onurğamızın təbii əyriliyini pozur. Orta sərtlikdə olan və bədəni dəstəkləyən döşəklər daha uyğundur.

4. Bel yırtığı sadəcə insanlarda irəliləyən yaşlarda meydana çıxır - Yanlışdır!

Disk yırtığı bütün yaş qruplarında görülə bilər. Gənclərdə həddindən artıq fiziki yüklənmə, uzun müddət ekran qarşısında yanlış duruş, düzgün olmayan texnika ilə yüksək səviyyədə fiziki fəaliyyətin həyata keçirilməsi, yıxılma və qəzalar nəticəsində baş verə bilər. Ancaq uşaqlıq və yeniyetməlik dövründə aqressiv müalicə daha az tətbiq olunur.

5. Bel yırtığı olan hər kəs əməliyyat olunmalıdır - Yanlışdır!

Bir çox xəstələr fiziki terapiya, idman (bel və qarın əzələlərini gücləndirmək), dərmanlar (ağrı kəsicilər, ödem kəsicilər və s.) və həyat tərzi dəyişiklikləri ilə sağala bilər. Cərrahiyyə yalnız ağrının digər müalicə üsulları ilə idarə oluna bilmədiyi və ya ciddi nevroloji ağırlaşmalar (məsələn, sidiyi saxlaya bilməmək, ayaqlarda uyuşma və ya güc itkisi) inkişaf etdikdə tövsiyə olunur.

6. Bel yırtığı tamamilə sağalmır, təkrarlanır - Yanlışdır!

Disk yırtığı düzgün və vaxtında müalicə oluna bilən xəstəlikdir. Cərrahi müalicədən sonra yırtıq əsasən xəstənin həyat tərzindən və hərəkətindən asılı olaraq 5-6% nisbətində təkrar yarana bilər. Müvafiq müalicədən sonra disk yırtığını məşqlərlə həyatınızdan çıxara bilərsiniz.

7. Disk yırtığı olan şəxslər idman edə bilməz, daim karset taxmalıdırlar - Yanlışdır!

Disk yırtığı diaqnozu qoyulan və müalicə olunan insanların həyatında idman fəaliyyəti çox mühüm yer tutur. Bel və qarın əzələlərini gücləndirən məşqlər xüsusilə vacibdir. Ağırlıq məşqləri olmadan üzgüçülük və pilates kimi idman fəaliyyətləri həyat keyfiyyətini artırır və təkrarlanma riskini azaldır. Ancaq ani bel hərəkətləri və həddindən artıq gərgin məşqlər tələb edən idman növləri müalicədən sonra bir müddət həyata keçirilməməlidir.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri