Icma.az
close
up
RU
Belarus Azərbaycanı İrana, Küveytə və BƏƏ yə ixrac üçün logistika mərkəzi kimi nəzərdən keçirir

Belarus Azərbaycanı İrana, Küveytə və BƏƏ yə ixrac üçün logistika mərkəzi kimi nəzərdən keçirir

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Belarus mallarının İrana, Küveytə və BƏƏ-yə çatdırılması üçün Azərbaycanla əməkdaşlıq nəzərdən keçirilir.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Belarusun logistik operatoru olan “Beltamojservis” müəssisəsinin filial direktoru Marina Belousova Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində deyib.

“2025-ci ilin fevral ayından etibarən ‘Beltamojservis’ Belarus Respublikasının uzaq regionlara mal göndərilməsi üzrə pilot layihəsinin iştirakçısına çevrilib. Bu layihə sayəsində mallar Rusiyanın limanları vasitəsilə quru yolla daşınır, ardınca isə dəniz nəqliyyatı ilə dünyanın müxtəlif nöqtələrinə çatdırılır”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu qısa müddətli təcrübə, göndərişlərin necə həyata keçirildiyini və Belarus ixracatçılarının bu sahəyə olan tələbatını daha yaxşı anlamağa imkan verib: "Eyni zamanda, Belarusun ixrac potensialından və yüklərindən istifadə edən ölkələrin də bu prosesə marağı müşahidə olunub".

M. Belousova əlavə edib ki, əsas məhsullar taxta emalı, sellüloz və qida məhsullarıdır: "Belarus Respublikasının ixrac strategiyasının və ‘Beltamojservis’ logistika operatorunun növbəti inkişaf mərhələsi Azərbaycanla əməkdaşlıq olacaq. Biz bunu yalnız ölkələrimizin ticarət potensialının inkişafı kimi deyil, eyni zamanda Belarus məhsullarının İrana, Küveytə və BƏƏ-yə çatdırılması üçün Azərbaycanın nəqliyyat imkanlarını vacib logistika zənciri kimi nəzərdən keçiririk”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://missiya.az
archiveBu xəbər 05 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri