Ceyhun Bayramov Küveytə gedir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün aprelin 29-30-da bu ölkəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabər əl-Əhməd əs-Sabahla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Y.Rəfiyev qeyd edib ki, yüksək səviyyəli səfər mübadiləsi ikitərəfli münasibətlərin inkişafı üçün çox vacibdir.
"Biz nazir müavinləri səviyyəsində görüşdük və aprelin 29-30-da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovun səfəri planlaşdırılır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycana səfərlə bağlı dəvət göndərib:
"Ümid edirik ki, o, bu il Azərbaycana səfər edəcək".
Qeyd edək ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Komissiyanın sonuncu iclası 2013-cü il fevralın 14-də Bakı şəhərində keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 19 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















