Belarusda güclü külək 659 yaşayış məntəqəsini işıqsız qoyub
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belarusda “Priska” siklonunun gətirdiyi güclü külək nəticəsində 659 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi kəsilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarusun Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, saniyədə 27 metrədək sürətlə əsən külək ölkənin bir sıra regionlarında elektrik təchizatında fasilələrə səbəb olub. Elektrik xətlərinə əsasən ağac və budaqların aşması nəticəsində ziyan dəyib.
Siklon səbəbindən 1 876 transformator yarımstansiyası, 179 ədəd 10 kilovoltluq, 12 ədəd 35 kilovoltluq və 7 ədəd 110 kilovoltluq elektrik xətti fəaliyyətini dayandırıb.
Elektrik təchizatındakı problemlər 31 fermaya və 16 qazanxanaya da təsir edib.
Ən mürəkkəb vəziyyət Minsk, Vitebsk və Qrodno vilayətlərində müşahidə olunur. Hazırda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 23 Avqust 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















