Belarusun Vileyka şəhərində “Dajınki 2025” bayramında Azərbaycan sərgisi böyük maraq doğurub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 1 oktyabr, AZƏRTAC
Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” adlı regional məhsul bayramı keçirilib.
“Azərbaycan İcmaları Konqresi”ndən AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı məhsulları, milli yeməklər, əl işləri və digər nümunələr nümayiş olunub. Bayram çərçivəsində ilk dəfə olaraq Konqres tərəfindən xüsusi sərgi təşkil edilib. “Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgidə Azərbaycan mətbəxinə aid təamlar, milli geyimlər, xalçaçılıq nümunələri, nar və yerli içkilər ziyarətçilərin böyük marağına səbəb olub.
Tədbirdə Konqresin üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat veriblər. Həmçinin Konqresin Qrodno üzrə nümayəndəliyinin rəhbəri Elxan Bəylərov və Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov çıxış edərək, Konqresin sədri Natiq Bağırovun bayram təbriklərini çatdırıblar.
Çıxışçılar məhsul yığımında zəhmətin və əmək ənənəsinin əhəmiyyətini vurğulayıb, “Nar bayramı”nın Vileyka sakinləri ilə birgə qeyd olunmasından məmnunluq ifadə ediblər.
Tədbirin sonunda Konqres üzvləri Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatskının adından mükafatlarla təltif olunublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 01 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















