Icma.az
close
up
RU
Belçikada ermənipərəst “batulizm”

Belçikada ermənipərəst “batulizm”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alen Simonyan sevinirsə, necə düşünək ki, İrəvan sülh gündəliyinə sadiqdir?

Hərdən bəzi məsələləri anlamaq olduqca çətindir. Belçika Nümayəndələr Palatasının iyulun 17-də çıxardığı anti-Azərbaycan mahiyyətli qətnaməsi də bu qəbildəndir. İstər-istəməz, düşünürsən: Görəsən, belçikalı parlamentarilər nə yeyib, nə içirlər?

Sualımız qəribə gəlməsin. Çünki batulizm, yəni zəhərlənmə çox pis haldır. Beyin hüceyrələrini sıradan çıxarır. Nəticədə insan qeyri-adekvat hərəkət və davranışlar nümayiş etdirir. Bəs niyə məhz zəhərlənmədən söz açdıq? Ona görə ki, Belçika Nümayəndələr Palatası haqqında pis düşünmək niyyətindən uzağıq. Məsələn, deyə bilərdik ki, palatanın üzvləri Azərbaycan əleyhinə mənasız və qərəzli qətnamələr sıralayan Avropa Parlamentinin deputatları kimi narkotik maddənin təsiri altında olurlar. Demir və bildiririk ki, belçikalı “palataçılar” qidadan zəhərləniblər. Onların əndrabadi yanaşmalarının səbəbləri barədə başqa nə isə düşünmək olmur. Hərçənd...

Əlqərəz, Belçika Nümayəndələr Palatası qətnaməsində Azərbaycanın “Qarabağ ermənilərinə hücumunu” pisləyib və durumu “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirib. “Palataçıların” batulizminin ən böyük təzahürü də elə budur. Təsəvvür edin, rəsmi İrəvan onların gündəmə gətirdikləri cəfəngiyyatı özünün xarici siyasət gündəmindən çıxarıb, amma Belçika parlamentariləri yenə köhnə havalardadırlar. Çox güman, zəhərlənmə onların elementar məntiqlərini də sıradan çıxarıb.

Amma tam belə demək mümkünsüzdür. Çünki “palataçılar” Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin mövcudluğundan məlumatlıdırlar. Qərbi Azərbaycan məsələsindən də həmçinin. Xəbərdar olmaları “Qərbi Azərbaycan” reallığını ölkəmizin, guya işğala can atması, hədə-qorxu gəlməsi olaraq qiymətləndirmələrindən məlumdur. Deməli, elə təsəvvür formalaşdırılır ki, sanki Azərbaycan barış istəmir. Bu “ideyanın” Avropadakı erməni lobbi və diaspor təşkilatlarının zay məhsulu olduğu aşkardır. Amma...

“Əmma” barədə yazımızın sonuncu cümləsində bəhs edəcəyik. Hələlik bildirək ki, “palataçılar” qətnamələrinə Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin Azərbaycan həbsxanalarında saxlanılmalarını da daxil ediblər. Daha doğrusu, durumu pisləməyi yaddan çıxarmayıblar. Onlar tələb ediblər ki, “bütün erməni əsirlər sərbəst buraxılsınlar”. Bu yerdə məşhur Azərbaycan filmi “Bəxt üzüyü”ndə səslənmiş və dillərdə əzbərə çevrilmiş bir ifadəni xatırlayırıq: Qoymuyun, üstümə İrasim gəlir. Hərçənd, bu ifadəni işlədən Moşu obrazının xoşbəxtliyə qafiyə axtarması belçikalı parlamentarilərin ermənipərəst təəssübündəki motivlərdən daha məntiqli və səmimidir.

Qətnamədə yer alan köhnə klişelərdən biri də “Qarabağın erməni mədəni irsi”dir. “Palataçılar” yenə Moşunun məşhur ifadəsini yada salmağımıza əsas yaradırlar. Onlar Azərbaycandan UNESCO-nun missiyasını Qarabağa buraxmağı və dəymiş zərərin qiymənləndirilməsinə icazə verməyi tələb edirlər. Görəsən, başqa istədikləri bir şey yoxdur?! Çəkinmədən desinlər, canla-başla yerinə yetirək!

Belçika “palataçılarının” pozitiv kimi qiymətləndirdikləri məqama köklənək. Söhbət qətnamədə Bakı-İrəvan sülh sazişi təşəbbüsünün alqışlanmasından və onun imzalanmasının vacibliyinin vurğulanmasından gedir. “Palataçılar” tərəfləri sazişin şərtlərinə əməl etməyə çağırıblar. Görəsən, imzalanmayan müqavilənin şərtlərinə necə əməl etmək olar?

Maraqlı məqamlardan biri də budur ki, Nümayəndələr Palatası Belçika hökumətinə qarşı da tələblər irəli sürüb. Sən demə, hökumət hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasını dəstəkləməli, Ermənistanda konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Həmçinin, “palataçıların” fikrincə, Aİ insan hüquqlarını pozanlara qarşı hədəfli sanksiyalar tətbiq etməlidir. Aydındır ki, bu tezislər Azərbaycana qarşıdır və ölkəmizə sanksiya tətbiqi çağırışıdır.

Eyni zamanda, qətnamədə o da vurğulanır ki, Aİ Ermənistandakı müşahidə missiyasını genişləndirməli və əgər Bakı sülhə hazır olduğunu nümayiş etdirməsə, qurum Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır. Görəsən, “palataçılar” niyə ölkəmizin sülh istəmədiyinə dair ritorika təbliğatına girişiblər? Bu suala da cavab verəcəyik.

Amma əvvəlcə qeyd edək ki, qətnamənin həmmüəllifi, Belçika Nümayəndələr Palatasının deputatı Mişel de Maeqd diqqətə çatdırdığımız sonuncu xüsusla əlaqədar cəfəng fikirləri də səsləndirib. “Baş palataçı”nın sözlərinə görə, bir tərəfdə sülh üçün daim yeni ilkin şərtlər irəli sürən Azərbaycan, digər tərəfdə yalnız suverenliyinə hörmət edilməsini tələb edən və dialoqa açıq Ermənistan dayanır. “Biz qanunun və ədalətin tərəfində qalmalıyıq. Belçika Ermənistana dəstəyini davam etdirməli və onunla əməkdaşlığı daha da dərinləşdirməlidir”.

Əlbəttə, Belçika Nümayəndələr Palatasının qərəzli qətnaməsinə dair başqa məqamlardan da söz aça bilərdik. Amma buna ehtiyac duymuruq. Çünki sənəd Avropanın müxtəlif dairələrinin anti-Azərbaycan motivli qətnamələrinin təkrarıdır. Ancaq indiki məqamda belə bir qərəzli lakmus kağızının dövriyyəyə buraxılması sual doğrurur.

Deyək ki, əvvəllər bu sayaq qətnamələr Azərbaycanı sülh müqaviləsi layihəsinin ayrı-ayrı məqamları ilə bağlı razı salmaq üçün ölkəmizə təzyiq məqsədi güdürdü. Axı indi Bakı və İrəvan arasında pozitiv gündəlik var. İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirdikləri ikitərəfli və çoxtərəfli görüşün nəticələri fikrimizin sübutudur. Yəni, tərəflər hazırda heç vaxt olmadığı qədər ortaq məxrəcə gəlmək üstünlüyünə malikdirlər və mövcud durumun sülh prosesinə müsbət təsiri şübhəsizdir. Elə isə ənənəvi anti-Azərbaycan mahiyyət daşıyan klişeləri yenidən gündəmə gətirmək nəyə lazımdır?

Belə düşünmək olar ki, xaricdəki müəyyən qüvvələri də narahat edən Azərbaycan və Ermənistan tərəfinin bir-biri ilə, loru dildə desək, dil tapa bilməsidir. Onu da düşünmək mümkündür ki, həmin qüvvələr ölkələr arasındakı ədavəti qızışdırmaq yolu tuturlar. Əlbəttə ki, Belçika Nümayəndələr Palatasının qərəz dolu anti-Azərbaycan cızma-qarasının arxasında rəsmi İrəvanın əli yoxdursa. Haqqında əvvəldə söz açdığımız “əmma” da məhz budur. “Əmma” həm də budur ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qərəzli və təxribat xarakterli qətnaməsinə sevinib. O, “X” platformasında açıqlama yayıb və sənədin müəllifləri El Van Xufa və Mişel de Maeqeyə təşəkkürlərini çatdırıb. Simonyan qondarma sənədin qəbulunda iştirak edən bütün deputatlara minnətdarlığını izhar etməyi də unutmayıb və bundan sonra Ermənistanın sülh gündəliyinə inanmalıyıq?

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri