Belçikada kiberqoşunlar yaradılacaq
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2034-cü ilə qədər Belçika hökuməti krallığın silahlı qüvvələrinin tərkibində kiberqoşunlar yaradacaq. Bu qoşun növü quru qoşunları, hərbi hava qüvvələri və donanma ilə birgə fəaliyyət göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "L'Echo" qəzeti məlumat yayıb.
Bu məqsəd üçün 500 milyon avroya yaxın vəsait ayrılacaq.
Ümumilikdə, nəşrin məlumatına görə, Belçika hökuməti dövlətin rəqəmsal davamlılığını təmin etmək üçün nəzərdə tutulmuş 1.6 milyard avroya başa gələcək irimiqyaslı plan hazırlayıb.
Ölkə hökuməti əlavə investisiyaları geniş şifrələnmiş şəbəkənin yaradılmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə yönəltmək niyyətindədir.
Qeyd olunur ki, rəqəmsal təhlükəsizlik müasir texnologiyalardan istifadə etməklə hərbi infrastrukturu hərtərəfli yeniləyəcək.
Baxış sayı:75
Bu xəbər 14 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















