Icma.az
close
up
RU
Mehriban Zeynalovadan Kamal Abdullaya sərt tənqid

Mehriban Zeynalovadan Kamal Abdullaya sərt tənqid

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Son zamanlar bir çox məsələlərə fikir bildirmirəm. Çünki artıq anlayıram ki, bəzən sadəcə söz xatirinə söz deyənlər meydanda çoxalıb.

Amma bu gün Kamal Abdullanın “biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri qarşısında susmaq çətin olur”.

"Ölkə.az" xəbər verir ki, “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.

O, Kamal Abdullanın fikirlərini şərt şəkildə tənqid edib:

“Bu söz sıradan bir şəxsin deyil, özünü söz adamı kimi təqdim edən, strateji əhəmiyyət daşıyan bir təhsil müəssisəsinə rəhbərlik edən şəxsin dilindən səslənir.  Əminəm, sonra deyiləcək ki, fikir “müsbət mənada” ifadə olunub, ailə dəyərləri nəzərdə tutulub və sair. Amma məsələ məhz burada başlayır. Sözün sosial, psixoloji, hüquqi və mənəvi təsirini yaxşı bilməli olan bir insan dediyi cümlənin cəmiyyətə necə mesaj verdiyini də bilməmiş deyil. Çünki vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır, ictimai təsir vasitəsinə çevrilir.

Mən anlamaq istəyirəm, Kamal Abdulla onunla çiyin-çiyinə, həmin universitetin nüfuzu üçün çalışan qadın əməkdaşlara da eyni baxışla yanaşırmı? Yaxud o universitetdə təhsil alan qızlara da eyni “öyüd-nəsihət” verilirmi? Əgər qadının əsas və daha faydalı yeri evdirsə, onda illərlə qadınların elmə, idarəetməyə, təhsilə, dövlət quruculuğuna cəlb olunması üçün aparılan siyasətin mənası nə olur?

Kamal Abdulla yəqin ki, çox yaxşı bilir ki, onunla çalışan Azərbaycan qadınları kifayət qədər güclüdür. Onlar eyni anda həm ailəsini idarə edir, həm mətbəxdə işini vaxtında qaydaya salır, həm övladına düzgün tərbiyə verir, həm də öz təhsili, biliyi və peşəkarlığı ilə çalışdığı müəssisənin nüfuzunu yüksəldirlər. Məhz təhsil alan, düşünən və ictimai həyatda iştirak edən qadın ailəni də daha sağlam, daha güclü və daha təhlükəsiz edə bilir.

Bu gün Azərbaycan dövləti qadınların təhsildə, ictimai həyatda, idarəetmədə iştirakını artırmaq üçün proqramlar həyata keçirir, gender bərabərliyi ilə bağlı öhdəliklər götürür, qadınların iqtisadi güclənməsini prioritet istiqamət kimi təqdim edir. Strateji bir təhsil müəssisəsinin rəhbəri bunları bilməmiş deyil. O halda belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır. Məhz ziyalı statusunda olan insanlar tərəfindən bu tip fikirlər cəmiyyətdə onsuz da mövcud olan stereotipləri legitimləşdirir. Yəni qadının fəaliyyəti, bacarığı, elmi və ictimai potensialı yox, onun “harada olmalı olduğu” müzakirə predmetinə çevrilir. Bu isə təkcə qadına münasibət məsələsi deyil, bütövlükdə cəmiyyətin inkişaf modeli ilə bağlı məsələdir.

Qadının yalnız mətbəx və evlə məhdudlaşdırıldığı heç bir cəmiyyət uzunmüddətli inkişaf, innovasiya və sağlam sosial düşüncə modeli qura bilməyib. Çünki qadını ictimai həyatdan geri çəkmək, əslində cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir.

Ailə dəyərlərini qorumaq başqa məsələdir, qadının yerini yalnız evlə müəyyən etmək isə tamam başqa məsələdir, Kamal müəllim!"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 May 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri