Icma.az
close
up
RU
Belə ailələrin övladları daha istedadlı olur

Belə ailələrin övladları daha istedadlı olur

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biz bütün uşaqları xoşbəxt görmək istəyir və onlara yalnız hər şeyin ən yaxşısını diləyirik.

Amma bəzən konsepsiyaları qarışdırmağa və başqalarının həyatına öz prioritetlərimizi əlavə etməyə başlayırıq.

Banal səslənsə də, valideynlərin və ya tərbiyəçilərin başlıca vəzifəsi odur ki, uşaqlara öyrənməyi təlqin etsin. İlk növbədə lazım olan məlumatları axtarmağı və həqiqəti yalandan ayırmağı öyrətməkdən başlamalısınız. Ən az itkilərlə maneələrin qarşısını almağı öyrədin.

Uşaqların yetkin və müstəqil olmasına necə kömək etmək olar?

Publika.az xəbər verir ki, uşaqlara sərbəstlik verən anaların övladları daha istedadlı olur, nəinki hər işi onun əvəzinə yerinə yetirən və ona hər şeyin ən yaxşısını verməyə çalışan anaların uşaqları.

Öyrədin və onların yerinə hər şeyi siz etməməyin: qərarları hazır formada verməyin; ərköyünləşdirməyin, sevin. Uşaqların yerinə bir çox işləri görmək və ona maksimumu vermək zövqdür, amma valideynlər uşaqlara nə qədər çox verirsə, onların öyrənmək və qazanmaq istəyi bir o qədər aşağı düşür. Nəticədə bacarıqlar və qabiliyyətlər zəifləyir.

Uşaqlar hər şeydən əvvəl insandır və bütün insanlar üçün gəyirmək çox yeməkdən başlayır. Odur ki, böyüməsinə və inkişaf etməsinə mane olan heç nəyi onlara "tıxamağa" çalışmayın. Onlara həqiqətən yetkin və müstəqil olmasına kömək edən şeyi vermək lazımdır. Axı gec-tez uşaqlar böyüyəcək və daha çoxunu istəməyə başlayacaq.

Öz ailəsini qurmaq, pul qazanmaq, öz fikirlərini müdafiə etmək istəyəcək və öz qərarlarını yerinə yetirəcəklər. Bunu edə bilmələri və bütün bunların necə sona çatacağı böyük ölçüdə sizə bağlıdır!

1. Birincisi, fiziki müstəqillik

İstər ilk addımı, istər yemək, istər tualet, istər mağazada oyuncaq seçimi, istər hovuza tullanmaq və s. fəaliyyətlərə hazır uşağınızın olduğunu görəndə onu buraxın. Təsir göstərməyin, sadəcə öz yolu ilə getməsinə icazə verin. Yıxılmaqdan qoruyun və nəticələr barədə xəbərdar edin, amma onun əvəzinə siz yerinə yetirməyin.

2. Yetərli hərəkət

Yadda saxlayın ki, enerji yalnız enerjidən doğur. Hərəkətsizlik onu öldürür. Uşaqları tənbəlləşməyə qoymayın. Özünüz də tənbəl olmayın. Layiqli nümunə olun. Gəzinti, qaçış və ya istənilən idman və məşğuliyyət növü uşaqlara hava və su kimi lazımdır. Əks halda onlar yaddaqalan uşaqlıq yaşaya bilməyəcək.

3. Sakit, qayğıkeş və etibarlı ailə mühiti

Bu, çox vacib punktdur. Əgər evdə vəziyyət gərgindirsə, o zaman heç bir özgüvən və sərbəstlikdən söhbət gedə bilməz. Uşaq üçün ev - onun həmişə təmənnasız olaraq sevildiyi və gözlənildiyi yuvadır. Söz-söhbət içində yaşayan uşaq gələcəkdə bəlkə də onun yaxasını buraxmayan komplekslərlə birlikdə böyüyəcək. Odur ki, bu məqamı yadda saxlayın. Kənar təsirlərin və çöldəki qəzəbin evə daxil olmasına imkan verməyin. Qışqırmayın və küskünlüklərinizi uşağın yanında yüksək səslə müzakirə etməyin. Heç vaxt uşaqların gözü qarşısında mübahisə etməyin və dalaşmayın. Bu, uşaq psixologiyası üçün çox ağır zərbədir.

4. Süfrə arxasında ailəvi söhbətlər

Uşaqlar üçün bütün ailənin masa ətrafında toplanıb söhbət etməsindən qiymətli heç nə ola bilməz. Canlı və maraqlı söhbətlər uşaqların inkişafına müsbət təsir edir. Kiçiklər yaşlıların xatirələrini dinlədikcə onların təcrübələrindən öyrənir, yaşlılar da öz növbəsində gənclərin öz baxışlarını ifadə etməsinə mane olmur. Bu, güclü və doğru qərarlar qəbul etməyə kömək edən fikir mübadiləsidir.

5. İcazənin dəqiq çərçivələri və birmənalı rəftar

Bu, nəinki uşaqların, hətta yetkin insanın da həyatını çox yüngülləşdirir. Qərarlarınızı əlcək kimi dəyişdirməyin: birmənalı olmayan sözlərdən istifadə etməyin və ailədaxilində ikili qərarlar tətbiq etməyin. Ailənin bütün üzvləri ilə danışın və onlardan eyni tərbiyə taktikasını dəstəkləməyi xahiş edin.

Valideyn olaraq uşaqlar üçün edə biləcəyiniz vacib işlər:

- Hər zaman uşaqların tərəfindən çıxış edin.

- Diqqətlə dinləyin və sözlərini yarımçıq kəsməyin.

- Stressli vəziyyətləri minimuma endirin.

- Uşaqlığının qayğısına qalın.

- Çoxlu səyahət edin.

- Xarici dillər öyrədin.

- Sağlam həyat tərzi sürün.

- Muzeyləri və teatrları ziyarət edin, müxtəlif qruplara və klublara yazdırın.

- Yüksək səslə şeir əzbərlədin.

- Ən optimal bonus sisteminizi inkişaf etdirin.

- Layiqli cəzalandırma metodundan istifadə etməyə çəkinməyin (Əlbəttə ki, fiziki deyil).

- Qazandığı uğurları və məziyyətlərini tərifləyin.

- Uğursuzluğa görə danlamayın.

- Səbəb və nəticəni izah edin.

- Tələsik qərarlar verməyin.

- Aşağılamayın və utandırmayın, xüsusilə başqalarının yanında.

- Həqiqəti söyləyin.

- Uşaqlarla istənilən mövzunu müzakirə edin.

- Onları heç vaxt özünüzlə və başqa uşaqlarla müqayisə etməyin.

- Bütün uşaq tədbirlərində iştirak edin.

- Uşaqlarla həmişə qürur duyun və onlara hörmət edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri